"Ermənistan terror dövləti olduğunu bir daha sübut edib” - Hulusi Kılıç
06:52 05.10.2020
Cəmiyyət
508
“Bu gün Azərbaycanda güclü bir lider var və bu liderin ətrafında güclü ordu, ona güvənən, etimad edən xalq dayanıb”.
Bunu APA -nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
O bildirib ki, qəhrəman Azərbaycan Ordusu irəlilədikcə Ermənistan hərbi, siyasi nüfuzunu itirir və daha da aqressivləşir: “Ermənistanın Gəncə şəhərinə və Tərtər rayonuna olan hücumlarını qətiyyətlə pisləyirəm. Bu hücumları ilə Ermənistan terror dövləti olduğunu bir daha sübut edib”.
Diplomatın sözlərinə görə, Ermənistanın Gəncə şəhərinə qadağan olunmuş bomba atması, artıq onun həddini aşdığını göstərir: “Ermənistan hesab edirdi ki, bu dəfə də beynəlxalq təşkilatlar onu dəstəkləyəcək.
Onsuz da indiyədək beynəlxalq qurumların laqeydliyi üzündən Ermənistan bu qədər ərköyünləşib. Azərbaycan torpaqlarının işğal edilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapıb. Ermənistanın hücumları Azərbaycanı başladığı haqlı mübarizədən geri döndərə bilməyəcək”.
H. Kılıç qeyd edib ki, atəşkəs çağırışı edən dövlətlər bu çağırışı Azərbaycana yox, Ermənistana etməlidirlər: “Təcavüzkar, işğalçı, ilk hücum edən Ermənistandır”.
O vurğulayıb ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır: “Qarabağ Azərbaycandır! Qarabağ Türkiyədir!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm