Ermənistandan ən böyük köç indi başlayacaq
07:48 23.01.2021
Cəmiyyət
662
Çünki ölkənin artıq heç bir iqtisadi, siyasi perspektivi mövcud deyil
Erməni türkoloq Varujan Qeqamyan yaxın aylarda Ermənistanda 5 qaçılmaz hadisə baş verəcəyini qeyd edib. O bildirib ki, ilk növbədə ölkədə dərin iqtisadi böhran, xüsusilə yerli istehsal çökəcək və büdcə azalacaq.
Həmçinin Qarabağa ermənilərin köçürülməsinin tədricən zəifləməsi, nəticədə oranın Azərbaycan bölgəsinə çevrilməsi, ordunun ixtisarı, özünümüdafiə mexanizminin ləğv edilməsi gözlənilir. Qeqamyan bildirib ki, bununla da ölkədən kütləvi mühacirət başlayacaq.
Ermənistandakı demoqrafik vəziyyətə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında Varujan Qeqamyanın dediklərində həqiqət olduğunu vurğulayıb. O bildirib ki, onsuz da Ermənistan müstəqilliyini əldə edəndən bəri ölkədə güclü köç var idi:
"Onların istər Rusiya, istər Amerika, istərsə də Avropa ölkələrinə mühacirəti görünməkdə idi. Onlar üçün məğlubiyyətlə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra bu məsələ ümumiyyətlə, daha da genişlənəcək, dərinləşəcək. Çünki 30 ildə şahid olduq ki, onlar işğal etdikləri əraziləri doldura bilmədilər. Özləri qısa bir ərazidə yaşayırdılar. Yəni maksimum halda o ərazilərdə 60-70 min əhali yaşayırdı, ya da yox. Yəni ermənilər oranı belə doldurmaq gücündə deyildilər".
Ə.Məmmədli vurğulayıb ki, hətta Ermənistanın özündə belə özləri yarızarafat və yarıciddi deyirlər ki, orada erməni qalmayıb:
"Krasnodar vilayətində ermənilər Ermənistandan bəlkə də çoxdur. Ona görə də hesab edirəm ki, bu proses günbəgün dərinləşəcək. Məlum olduğu kimi, ölkənin artıq heç bir iqtisadi, siyasi perspektivi mövcud deyil.
Əvvəllər "Artsax" nağılı ilə insanların başını aldadırlar, indi artıq o nağıl da yoxdur. Təbii ki, iqtisadi və siyasi perspektivi olmayan və korrupsiya içində boğulan bir ölkədə gənclər niyə qalmalıdır ki ?
İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın tam nəzarəti altına keçərək, artıq Rusiyanın vassal ölkəsi və protektaratıdır. Təbii ki, belə bir ölkədə bacarıqlı və savadlı gənclər daha yaxşı həyat üçün başqa ölkələrə getməyə çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya