Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının SAYI
Yusif Nəzərli
10:09 13.03.2023
Cəmiyyət
504
“Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin düşüblər. Yəni bu, o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər, onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər”, - deyə İsmayıl Axundov bildirib.
O qeyd edib ki, üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə müəyyən addımlarına şahid olublar, ancaq bu, itkin düşmüş şəxslərin tapılması və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz:
“Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün olmur”.
Dövlət Komissiyasının katibi vurğulayıb ki, qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib:
“Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət