Əsas məsələ proseslərin düzgün idarə olunmasıdır
Əsas məsələ proseslərin düzgün idarə olunmasıdır
Yusif Nəzərli
05:28 04.03.2023
Cəmiyyət
423
Dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil
"Din tarixin bütün dövrlərində cəmiyyətlərin həyatında ciddi rol oynayıb, siyasi proseslərə təsir imkanlarına malik olub". Bu sözləri millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, sovet hakimiyyəti uzun illər dini insanların həyatından çıxarmağa çalışsa da, bu rejimin süqutundan sonra insanların sürətlə dinə qayıdışı həmin siyasətin uğurlu olmadığını göstərdi: "Qərbdə də dinin cəmiyyətdə rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bəzi nəzəriyyələrə görə, bəşəriyyət yüksək inkişaf və tərəqqiyə nail olduqca dinin insanların həyatına təsirinin azalacağı iddia olunurdu. Ancaq dünyada baş verən son proseslər də göstərdi ki, dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil. Əsas proseslərin düzgün idarə olunmasıdır. Bakıda Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdiham və bütün sosial şəbəkələrdə bu məsələnin gündəm məsələ olması Azərbaycan cəmiyyətində də dinə münasibətin nə qədər həssas olduğunu bir daha göstərdi".
Parlament üzvü vurğulayıb ki, Hacı Şahin son illər ümummilli məsələlərdə dövlətin yanında idi, vətəndaşlıq mövqeyi nümayiş etdirirdi: "Onun bu yanaşması bəzi dindar qruplar, xüsusilə də İrana bağlı şəxslər tərəfindən birmənalı qarşılanmır və ciddi tənqid olunurdu. Burada belə bir sual da yaranır ki, bundan sonra proseslər necə inkişaf edəcək? Onun yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq? Son baş verən hadisələr Azərbaycanın dövlət-din münasibətləri modelinin təkmilləşdirilməsinin, dinə daha həssas münasibətin bəslənilməsinin önəmi göstərdi. Həmçinin daha çevik qərarların qəbul edilməsinin, islahatların daha da sürətləndirilməsinin, yeni dini liderlərin yetişdirilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu ortaya qoydu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq