
Əxlaqsızlara aman vermək olmaz
Yusif Nəzərli
02:44 24.11.2022
Cəmiyyət
553
Taksi sürücülərinə qarşı reydlərin keçirilməsi müsbət tendensiyadır
Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti taksi sürücülərinə qarşı əməliyyatla bağlı məlumat yayıb.
Bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.
İddialara görə, bəzi sürücülər zaman keçirmək və yaxud qadınlarla tanış olmaq üçün taksi fəaliyyəti ilə məşğul olurlar. Yəni onlar sərnişinlə maraqlanır, sonradan reysə çıxırlar. Və yaxud zəng edib “kartla ödəyəcəksiniz və ya nağd sualını” verirlər. Bu zaman sərnişinin səsindən müəyyən təsəvvür yaranır.
Ekspertlər isə hesab edir ki, belə fəaliyyətlə məşğul olan sürücülərin qarşısını almaq mümkün deyil. Çünki onlar taksi şirkətlərinin tələb etdiyi standartları ödəyir, verilən sualları düzgün şəkildə cavablandırır və boşluq buraxmırlar.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda liberal bazar iqtisadiyyatı əsasında yaranmış xidmətdən öz maraqları üçün sui-istifadə edən insanlar var. Həm taksi şirkətlərinə qoşulan, həm də fərdi qaydada taksi sürücülüyü edən şəxslərin bir qismi narkotik vasitələrin satışı, kriminal əməllər və eləcə də qadınlara qarşı zorakılıqla məşğul olur.
Ekspertin sözlərinə görə, şikayətlərin əksəriyyəti taksi sürücüləri ilə sərnişinlər və sürücülərlə taksi şirkətləri arasındakı anlaşılmaz vəziyyətlərdir. "Çox təəssüflər ki, problemlər müvafiq qurumlar tərəfindən tənzimlənmədiyi üçün bu sahədə bir xaos var. “Hesab edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən reydlər kifayət qədər müsbət tendensiyadır və bu reydlərin miqdarı artırılmalıdır. Vətəndaşlara qarşı nalayiq hərəkətlər edən şəxslər saxlanılaraq cərimə edilməli və taksi idarə etmələri qadağan edilməlidir”.
E.Cəfərovun fikrincə, taksi fəaliyyətində bu cür nizamsızlıqların yaranmasının əsas səbəbi odur ki, tənzimləyici qurumlar Nazirlər Kabinetinin 2019-cu ildə qərara aldığı xüsusi reqlament və tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirə bilmirlər. NK-nın Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı konkret reqlament və tələbləri var:
“Əsas şərtlərdən birinə görə, taksi kimi fəaliyyət göstərən minik avtomobillərinin damında sarı işıqlı fənər olmalıdır, sürücünün yaşı 21-dən az olmamalı və ən azı iki illik sürücülük təcrübəsi olmalıdır. Əksər sürücülər bu şərtlərin heç birinə əməl etmir. Nəzarət mexanizmi də yox dərəcəsindədir.
Ona görə də biz zaman-zaman bu cür problemlərlə qarşılaşırıq. Onu deyim ki, bəzi vətəndaşlarımız da öz hüquqlarını bilmirlər. Taksi sürücüsü hər hansı bir sərnişinə qarşı nalayiq hərəkət edib, təhqir və söyüşlə danışıbsa, həmçinin əxlaqsız təkliflər edibsə, sənişinlər dərhal DİN-in102 "Qaynar xətt"inə müraciət etməlidir.
Sürücü tərəfindən istehlakçı hüquqları pozulan sərnişinlər isə Vergilər Xidməti və ya Antiinhisarın "Qaynar xətti"nə, taksi fəaliyyətini tənzimləyən Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm