“Facebook”da Azərbaycan bayrağı ilə bağlı neqativ hala RƏSMİ MÜNASİBƏT - FOTO
Yusif Nəzərli
17:04 04.03.2023
Cəmiyyət
520
Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva “Facebook” sosial şəbəkə hesabında etdiyi "Good luck too our artistic gymnasts at the World Cups in Cottbus and Doha🇦🇿" paylaşımının avtomatik tərcüməsi zamanı Azərbaycan bayrağına qarşı neqativ hal yaşanıb.
Oxu.Az xəbər verir ki, “Facebook” sosial şəbəkəsində ingilis dilində yazılmış və sonuna Azərbaycan bayrağı emojisi əlavə edilmiş paylaşımı sosial şəbəkənin təqdim etdiyi tərcümə funksiyası ilə rus dilinə tərcümə etdikdə bayrağımız Ermənistan bayrağı kimi təqdim edilir.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.
Elektron Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə son 1 ayda 2 dəfə müraciət ünvanlayıb:
“Sonuncu müraciətdə məsələnin ciddiliyi və sosial şəbəkənin Azərbaycan seqmentinin istifadəçilərinin məsələ ilə əlaqədar narahatlığı vurğulanaraq, yaranmış neqativ halın qısa müddətdə aradan qaldırılması xahiş olunub.
Şirkət tərəfindən bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və qısa zamanda araşdırmanın nəticələri barədə məlumat təqdim ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq