Fitrə zəkatı bayram namazından öncə çıxarılmalıdır
Yusif Nəzərli
06:26 20.04.2023
Cəmiyyət
496
Belə olmalıdır ki, ehtiyac sahibi insanlar da bayramı qeyd edə bilsinlər
Bu il veriləcək fitrə zəkatının məbləği bəlli olub. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Vurğulanıb ki, fitrə canın sədəqəsidir və imkanı olan şəxslərin ailənin hər üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyac sahiblərinə verməsi vacibdir. Fitrə zəkatının verilməsi hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Məlumat üçün bildirək ki, Ramazan bayramı aprelin 21-dir.
Fitrə zəkatının məbləği və nəyə əsasən 10-15 manat müəyyən edilməsi ilə bağlı "Şərq"ə danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, fətva verən məsul şəxslərin istinad etdiyi mənbələr var. İlahiyyatçı bildirib ki, şəri hökm olaraq, fitrə zəkatı adətən xurmadan, buğdadan, arpadan, düyüdən və kişmişdən verilir:
"Bu da hardasa 2 kiloqram 700 qram, 3 kiloqram civarında olan ərzağın ümumi məbləği deməkdir və bir nəfər üçün nəzərdə tutulan dəyərdir. Məsələ ondadır ki, xurmanın qiyməti müxtəlifdir, yəni 5 manatlıq xurma ilə yanaşı, kiloqramı 20-30 manata olan xurmalar da var. Düyü 3-5 manat civarındadır. Kişmişin qiyməti 10-20 manat arasında dəyişir. Buğda və arpanın qiyməti isə ucuzdur, hardasa 80 qəpiyə, yaxud 1 manata satılır. Fitrə zəkatında müəyyən olunmuş rəqəmin fərqliliyi ərzaqların qiymət müxtəlifliyindən qaynaqlanır. Şəriət fətva verəndə qeyd olunan qida məhsulları arasından hansı bölgədə insanların daha çox nəyə ehtiyac duyduğunu nəzərə alır. Əgər bir yerdə tələbat buğdaya, yaxud düyüyədirsə, fitrə bunların üzərindən hesablanır. Azərbaycanda xurma orucluqda istifadə olunsa da, ümumi anlamda zəruri qida hesab olunmur. Ölkəmizdə daha çox buğda, arpa və düyü istifadə olunur. Ona görə də Qazılar Şurası bir adam başına 10-15 manat fitrə zəkatını tövsiyə ediblər. Qeyd edim ki, bu, minimum miqdardır".
İlahiyyatçı əlavə edib ki, əcdadımız arasında zəngin olanlar fitrə sədəqəsini elə çıxarırlarmış ki, fitrəni qəbul edən kasıb adamın bütün ehtiyacı ödənirmiş:
"Fitrə sədəqəsindəki qayə insanları asılı vəziyyətə gətirmək deyil, tam əksinə, o cəmiyyətdə olan ən yoxsul, fəqir kimsələri ictimaiyyətə qazandırmaq, onların rifahını yüksəltməkdir. Həmin şəxslərə bayram sevincini yaşatmaqdır. Ölkəmizdə bu şüurun yayılması, bu istiqamətdə təbliğatın aparılması üçün zəngin adamlarımız həm zəkatını çıxartmalıdır, həm də fitrə sədəqəsini verməlidir. Peyğəmbərimiz əleyhissəlam buyurur ki, "tutduğunuz oruc səmada asılı vəziyyətdədir, fitrə zəkatından sonra oruclar Allah qatında qəbul olunur". Fitrə sədəqəsi bu qədər önəm kəsb edir. Fitrə zəkatı bayram namazından öncə çıxarılmalıdır ki, ehtiyac sahibi insanlar da bayramı qeydə edə bilsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə