“Gənclik müharibədə də, rəqəmsal dünyada da öz sözünü deyir”
12:07 16.10.2020
Cəmiyyət
930
“Yüksək etiketə, ali dəyərlərə və milli ideyaya malik gənclik formalaşıb”
İki həftədir, Dağlıq Qarabağda gedən müharibə ilə bağlı gənclərin aktivliyi göz önündədir. Hazırda döyüşlər təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə aparılır. Əlbəttə, qəhərman oğullarımız ön cəbhədə gecəsini gündüzünə qataraq, sinələri düşmən gülləsinə sipər edib, vətənimizin keşiyində dayanırlar. Özü də möhkəm dayanırlar. Bununla yanaşı, arxa cəbhədə də media nümayəndələri qələmlərini süngüyə çevirib, müzəffər ordumuza informasiya dəstəyi göstərir. Çünki Azərbaycan vətən müharibəsi aparır. Bu müharibədə isə hər kəs ilk növbədə vətəndaşlıq borcunu yerinə yetirib “əlini daşın alıtna qoymalıdır”.
Əlbəttə, vətənin bütövlüyü uğrunda nəinki “əlini daşın altına qoyan” qan töküb, can alıb, can verən gənclərimiz var və olacaq da. Heç kimə sirr deyil ki, bütün bunlar illərdir ölkəmizdə vətənpərvərlik və milli məfkurənin təbliğinə dair aparılan maarifçi işin, fəaliyyətin təzahürüdür.
Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan etiket üzrə mütəxəssis Günel İbrahim də bildirib ki, Azərbaycan öz tolerantlığı ilə seçilən ölkədir:
“Azərbaycan gəncliyinin özəlliyi odur ki, onlar tolerantlığı, ədalət prinsipi ilə böyüyən və milli dəyərləri dünyəvi standartlar üzərində formalaşdırmağı bacarır. Bu gün ölkəmiz müharibəni yüksək ədalətlə, Cenevrə konvensiyasına uyğun və müharibə etiketi çərçivəsində aparır.
Azərbaycan gəncliyi öz torpağı uğrunda müharibəyə hər zaman hazırdır. Hüquqi sənədlər içərisində elə bir tarix, elə bir hadisə yoxdur ki, Azərbaycan gəncliyinin hər hansı terror, aqressiyası orada göstərilsin. Azərbaycan gəncliyinin bu gün müharibədə iştirak etmək istəyi sadəcə ölkəsini qorumaq, öz vətəninə sadiq qalmaq, Azərbaycan gələcəyinə sağlam, bütöv Azərbaycanötürmək istəyidir.
Bu gün sosial şəbəkələrdə Azərbaycan gəncliyinin hazırlığının, cənab prezidentin ətrafında toplanmasının və ideya birliyinin bəxş etdiyi qürur hisslərini yaşayıram. Yüksək etiketə, ali dəyərlərə və milli ideyaya malik gənclik formalaşıb.
Dünən sosial şəbəkələrdə bir çox yerlərdən tanımadığım insanlar informasiya paylaşımında o qədər etik normalar və sürətli təbliğat kampaniyası aparırdı ki, bir çox həştəqlərdə birinciliyi əldə edə bildik.
Həmin iş hər hansı xüsusi layihə çərçivəsində həyata keçirilməyib. Bu, təşkilatlanmış Azərbaycan gəncliyinin düşüncəsi idi. Gənclər yalnız müharibədə deyil, rəqəmsal dünyada da öz sözünü dedi, deyir. Azərbaycan öz torpağında, vətən uğrunda müharibəyə də, sülhməramlı olmağa da hazırdır. Hər iki halda da insanlığa qarşı ədalətsizlik göstərmədən bunu davam etdirəcəyinə inanıram.
Təbii ki, Azərbaycan gənci Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə müvafiq olaraq hərəkət edəcəyini düşünür, bilir və istəyir”.
Sücayət Mehtili
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm