Güllələnmiş büstlərə dair məqalə Özbəkistanda böyük rezonans doğurub - Fotolar
07:40 17.06.2020
Cəmiyyət
892
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasovun “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı özbək və rus dillərində məqaləsi yerli qəzetlərdə, aparıcı saytlarda geniş yayımlanmış və ölkədə rezonans yaradıb.
Özbəkistanın nüfuzlu «Вечерный Тошкент» qəzetində, habelə gənc jurnalistlər klubunun mətbu orqanı olan “orol.uz” saytında dərc olunmuş məqalələrdə Azərbaycan torpaqlarının yüzdə 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikəri qeyd olunur. Vurğulanır ki, erməni qoşunları türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edir, habelə onların saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edir.
Diplomat qeyd edir ki, erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, Azərbaycanın Qarabağ diyarının tanınmış şairəsi Xan qızı Natəvanın büst heykəllərini güllələyib, sonra onları qənimət kimi Ermənistan paytaxtı İrəvana aparmış, daha sonra isə metal kimi Gürcüstana satmışlar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri, sabiq prezidentiHeydər Əliyevin müdaxiləsindən sonra alınaraq paytaxt Bakıya gətirilmişdir.
Müəllif vurğulayır ki, işğal olunan 20 faiz Azərbaycan torpaqları ilə yanaşı, düşmən gülləsinə yalnız 20 mindən çox şəhid vermiş Azərbaycan xalqı, onun insanları, uşaqları deyil, heykəlləri, mədəniyyət abidələri də tuş gəlir. O, bu barbarlığın yalnız Azərbaycanın deyil, bütün müsəlman, türk məmləkətlərinin, sivil dünyanın qarşısını almağa borclu olduğunu bildirir.
Müəllif erməni vandallarının bu hərəkətini İŞİD terrorçu qruplaşmasının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Qeyd edir ki, bu vandallıq bugün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl siması və barbar xislətini bir daha göstərir.
Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq abidəsini, 100-dən çox arxeoloji abidənin, 22 muzey, digər mədəniyyət ocaqlarının məhv edildiyini və ölkəsinin ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına zidd olduğunu bəyan edir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən sammitində səsləndirdiyi bəyanatını xatırladır: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".
Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarından məcburi köçkünə çevrilməsi, erməni işğalına qarşı BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bugünə qədər yerinə yetirilməməsi öz əksini tapıb.
Məqalələrin tam versiyası rus dilində Özbəkistanın «Вечерный Тошкент» qəzetinin Veb saytında http://ru.vtopoytaxt.uz/kultura/news_post/uzbekistan-azerbajdzhan-8,habelə gənc jurnalistlər klubunun saytındaözbək dilində https://orol24.uz/madaniyat/901-tajovuzning-yomonligi-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar.htmllinklərində tanış olmaq mümkündür.
Məqaləyə maraq böyük olmuş,onun Özbəkistanın “fikr.uz” saytında http://fikr.uz/blog/poems/stavshie-shehidami-v-rezultate-agressii-istoricheskie-pamjatniki-kultury-i-skulptury.html,Özbək versiyasının isə“uchildiz.uz” xəbər saytında http://uchildiz.uz/tajovuz-natijasida-azoblangan-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar/yayımlanmışdır.
Məqalə ilə əlaqədar Özbəkistanın Dövlət Mətbuat Agentliyi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruSamir Abbasova müraciət edərək bu mövzuda geniş müsahibə götürməyi təklif edib. Yaxın günlərdə müsahibənin Özbəkistanın Dövlət Mətbuat Agentliyinin səhifəsində yayımlanması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm