Günay Əfəndiyeva Taalatbek Masadıkovla görüşüb
Yusif Nəzərli
08:35 07.03.2023
Cəmiyyət
408
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov ilə görüşüb.
Görüşdə müasir dövrdə Türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb. Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və geniş miqyasda təbliği istiqamətində aparılan işlər Türk Dünyası üçün önəmli töhfə kimi qiymətləndirilib.
Eyni zamanda Fond tərəfindən keçirilmiş Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub.
Görüşdə dünyanın ən zəngin folklor sərvətləri sırasında yer alan, qırğız xalqının mənəvi abidəsi - “Manas” eposunun dərindən öyrənilməsi yönündə Fond tərəfindən həyata keçirilməkdə olan silsilə layihələr yüksək qiymətləndirilib.
Fond ilə təşkilatın qurucu üzv dövləti Qırğızıstan arasında əlaqələrin daha da genişlənməsi istiqamətində birgə əməkdaşlığa dair dəstək ifadə edilib.
Görüşdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmanaliyev də iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət