Haşımovadan ETİRAZ: “Şəhidin sinəsinə yığılan suyu sizin...”
Yusif Sultanoğlu
09:28 29.01.2021
Cəmiyyət
1287
Qaradağda 17 şəhidin su altında qalması ilə bağlı narazılıqlar davam edir. Bu xəbəri duyan hər kəs məlum hadisəni qınayıb, şəhid ailələrinin tələblərinin yerinə yetirilməsini istəyir.
“Sherg.az” xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova da məsələyə sərt münasibət bildirib:
“Bu şəkli görəndə bütün sümüklərim sızıldadı. Aidiyyəti qurumlar, bu suyu şəhidin sinə daşında görəndə heçmi vicdanınız sızıldamadı? Bu qədərmi çətindir şəhid ailələrini ovutmaq? Axı onların tək istəyi balalarının rahat uyumasıdır.
Siz evinizdə yorğan, döşəkdə yatırsız, amma şəhidlər torpaq altında yatır, ay dünyanın axirətindən bixəbərlər! Şəhidlər arasında fərq qoyulmaz. Onların dərdi özünə bəsdir.
Niyə yaralarını qanadırsınız?! Niyə şəhid ailələrini, qazilərimizi dövlətdən küsdürüb, narazı salırsınız? Şəhidin sinəsinə yığılan o suyu yığıb sizin yatağınıza tökmək lazımdır.
Şəhidin ardınca ah-naləli, göz yaşları selə, döşəyi daşa dönən ailələrin dərdini, bəlkə, o zaman anlayarsınız. Bəsdirin, incitməyin onları!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi