Həkim nikbin DANIŞDI: “Virus kabusu çox çəkməyəcək”
Banuçiçək Kalbalıyeva
13:46 29.07.2020
Cəmiyyət
679
“Koronavirus tədricən mutasiyaya uğrayacaq və zəifləyəcək. Ölüm faizi də azalacaq”
Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı koronavirus pandemiyasına qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə dəstək verir. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.
Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları bu xəstəliyin müalicəsində geniş təcrübə qazanmış peşəkarlardır. Onların gəlişi uzun müddətdən bəri ölkəmizdə koronavirusa qarşı mübarizə aparan yerli tibb işçilərinin fədakar əməyinə dəstək olacaq. Xəstələrin müalicəsində faydalı təcrübə mübadiləsinə imkan verəcək.
Azərbaycan Beynəlxalq Bankı özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ilk günlərdən koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmağa çalışır.
Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat məbləğində ianə edib. Pandemiya dövründə həm korporativ, həm də fərdi müştərilərin işini asanlaşdıran, banka gəlmək ehtiyacını aradan qaldıran innovativ həllər təqdim edib. Sahibkarlara bir sıra güzəştlər edib, yeni imkanlar yaradıb.
Məhkəmə-tibbi eksperti, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu“Sherg.az”a açıqlamasında türkiyəli həkimlərin ölkəmizə gəlişini təbii qarşıladığını bildirib:
“Vəziyyət nəzarət altındadır. Sadəcə, ola bilsin, koronavirus xəstəliyini daha dərindən araşdırmaq məqsədilə təcrübə mübadiləsi keçirilir”.
S.Cəlaloğlunun fikrincə, kabusumuza çevriləcək günlər çox çəkməyəcək:
“Koronavirus tapmaca deyil, olduqca təhlükəli və ciddi xəstəlikdir. Kifayət qədər öyrənilmədiyinə görə, dəqiq bir söz demək çətindir. Ancaq virus tədricən mutasiyaya uğrayacaq və zəifləyəcək.
Beləliklə, ölüm faizi də azalacaq. Həmçinin vaksinin kəşfi istiqamətində aparılan işlər onu deməyə əsas verir ki, gələcəyə nikbin baxa bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya