Həkimin köməyi ilə özünü kor etdi! Ən böyük arzusu bu imiş

Kuzey Karolinada yaşayan Jevel Shuping illərlə görmə məhdudiyyətli kimi yaşamalı olduğuna inanıb. O, bu istəyin uşaqlıqdan başladığını və zamanla həyatının mərkəzinə çevrildiyini bildirib.

Sherg.az xəbər verir ki, Shupingin ən çox müzakirə olunan iddiası isə 2006-cı ildə baş verdiyini dediyi hadisədir. Shupingin sözlərinə görə, ona kömək etməyə razı olan bir psixoloq tapıb və gözlərinə kimyəvi maddə tökülməsini təşkil edib.

Uşaqlıqdan başlayan düşüncə

Shuping gənclik illərində ağ bastondan istifadə etdiyini, Brayl əlifbasını öyrəndiyini və görmə məhdudiyyətli insanların həyat tərzinə uyğun yaşamağa çalışdığını deyib.

Onun fikrincə bu, sadəcə keçici bir arzu deyil, illər boyu davam edən dərin bir istək idi. Xarici görünüşü sağlam olsa da, zehni olaraq fərqli bir bədən qavrayışına sahib idi.

Nadir psixoloji pozuntu

Mütəxəssislərin diqqət çəkdiyi məsələ burada ortaya çıxır. Bədən Bütövlüyü Kimlik Pozuntusu (BIID) adlanan vəziyyət insanın bədəninin bir hissəsinin ona aid olmadığını düşünməsi və ya müəyyən bir fiziki qüsura sahib olmalı olduğuna inanması ilə bağlıdır.

Hadisə iddiaları

Shupingin sözlərinə görə, ona kömək edən psixoloq gözlərinə kimyəvi maddə tətbiq olunmasını təşkil edib. O, bu hadisədən sonra böyük ağrı yaşadığını, lakin zehni olaraq istədiyi vəziyyətə çatdığını düşündüyünü bildirib.

Sonradan xəstəxanaya aparıldıqda həkimlərin görmə qabiliyyətini bərpa etməyə çalışdığı, lakin zədənin qalıcı olduğu iddia edilir. Sağ gözündə qlaukoma və katarakta kimi ciddi problemlərin inkişaf etdiyi qeyd olunur.

"Pişman deyiləm" dedi

Shuping verdiyi müsahibələrdə qərarından peşman olmadığını, artıq “olmalı olduğu şəxs” kimi hiss etdiyini bildirib.

Nadir və mübahisəli pozuntu

Mütəxəssislərə görə BIID olduqca nadir rast gəlinən bir pozuntudur. Ən çox rastlanan forması insanın bir əzasının amputasiya olunmasını istəməsidir.

Elm adamları bu vəziyyətin səbəbi ilə bağlı hələ də dəqiq nəticəyə gələ bilməyib. Bəzi araşdırmalar uşaqlıq travmalarını, bəziləri isə beynin müəyyən bölgələrindəki qavrayış fərqlərini göstərir.

Qaranlıq qalan məqam

Hadisənin ən mübahisəli tərəfi isə ona kömək etdiyi iddia olunan psixoloqun kimliyidir. Bu şəxsin kim olduğu açıqlanmayıb və onunla bağlı rəsmi bir cinayət işi və ya sanksiya barədə dəqiq məlumat yoxdur.