Hərbçilərimizin həyatları bizlər üçün çox dəyərlidir
07:17 19.10.2020
Cəmiyyət
646
Çalışmalıyıq ki, koronavirus onların qazandıqları uğura kölgə salmasın
"Dövlətin atdığı alqışalayiq addımlar sayəsində xəstə sayında kəskin azalmalar oldu. Lakin son günlər insanların məsuliyyətsiz yanaşması yoluxma sayını kəskin artırdı. Bildiyimiz kimi, artıq 20 gündür ki, mərd əsgərlərimiz torpaqlarımızın bütövlüyü uğrunda vuruşurlar. İlk olaraq, hər birimiz bir xalq olaraq onların sağlamlığını düşünməliyik. Çalışmalıyıq ki, koronavirus hərbçilərimizin qazandıqları uğura kölgə salmasın".
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Zəka Məmmədli deyib. Həkim bildirib ki, hər kəs çəkilən əziyyətə, tökülən tərlərə, itirilən canlara hörmətlə yanaşmalı və özlərini qorumalıdırlar:
"İnsanlar qoyulan tələblərə riayət etmirsə, bundan ən böyük zərəri görəcək yenə də özləridir. İnsanlar sosial məsafə və gigiyena qaydalarına əməl etməli, maska taxmalıdırlar. Xəstəlik əsasən insandan insana yoluxur.
İstənilən ictimai yerlərdə qorunma qaydalarına riayət edilməlidir. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Hərbçilərimizin həyatlarının bizlər üçün necə dəyərli olduğunu bir daha düşünməliyik. Onları qorumaq üçün bu xəstəliyə hər kəs ciddi yanaşmalıdır.
Hər birimiz anlamalıyıq ki, Şanlı Ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı zamanda virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə və ordumuza dəstək vermiş olarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya