Hidrometeorologiya Xidməti: “Qar ehtiyatları çoxdur, Kürdə suyun artımı gözlənilir”
Yusif Nəzərli
09:02 06.03.2023
Cəmiyyət
406
Son vaxtlar sosial şəbəkədə Kür çayında suyun azalması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, son illərdə Kür çayının suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır:
“İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15% azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır”.
Rafiq Verdiyevin sözlərinə görə, bütün bu amillərlə yanaşı, qonşu ölkələrdə sudan istifadənin də bu azalmada rolu var:
“Qanıx çayı Kürün əsas qoludur, Gürcüstan ərazisindən daxil olur. Oradan 30%-ə qədər su gəlir. Amma artıq qar əriyir, yaz yağışları yağır və son günlərdə Kür çayının yuxarı axarında, Qanıx çayının suyunda artım müşahidə edilir. Ehtimallara görə, yaxın günlərdə, yaz dövründə Kürün suyunun artması gözlənilir”.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdəki bütün çayların hövzələrində qarölçmə işləri aparılır. İlkin qiymətləndirməyə görə, qar ehtiyatları çoxdur. Artıq son iki gündə Kürün suyunda da artım müşahidə edilir. Ona görə qısa zamanda Kür çayının aşağı axınında da suyun artmasına ümid edirik”, - deyə Rafiq Verdiyev qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq