Hikmət Hacıyev: "Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”
12:09 27.01.2021
Cəmiyyət
473
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdakı qalibiyyətdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin perspektivini şərh edib.
Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib ki, Vətən müharibəsi bütün regionun geniş mənada geosiyasətini dəyişdirdi.
O bildirib ki, əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur.
“Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Türkiyə bölgədə əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var”, - deyə H.Hacıyev əlavə edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.
Prezidentin köməkçisi qeyd edib ki, vaxtı ilə bir çox skeptiklər Azərbaycanın və Türkiyənin birgə layihələrinin reallaşacağına inanmırdı.
O, Azərbaycan-Türkiyə əlaqələrinin Gürcüstanın inkişafına müsbət təsirini də vurğulayıb, gələcəkdə Ermənistanın da tranzit ölkəyə çevrilə bilmək ehtimalından söz açıb.
“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya