İçərişəhər mansarlar şəhərinə çevrilməkdədi
Yusif Nəzərli
03:34 14.04.2022
Cəmiyyət
719
Prezidentin tapşırıqlarının əsl mahiyyətini çox da yaxşı anlamayanlar var
“Bu gün siz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız, üzərinizə düşən məsuliyyəti dərk edirsiniz və göstərilən etimadı öz işinizlə doğruldacaqsınız”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edərkən söylədi. Prezident İçərişəhərin milli sərvətimiz, dünya memarlıq tarixinin möhtəşəm abidəsi, Azərbaycan xalqının istedadının bariz nümunəsi olduğunu bir daha vurğuladı: “Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. ...Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri var, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz”. Prezident qanunsuz tikililər probleminə də toxundu və bütün dövlət qurumlarına və sahibkarlara xəbərdar etdi ki, belə hallara yol verilməsin: “Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır”.
Amma görünür, hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə edən, Prezidentin tapşırıqlarının əsl mahiyyətini çox da yaxşı anlamayanlar var. Həm də İçərişəhərdə. İçərişəhər mansarlar şəhərinə çevrilməkdədi. Və Qoruq İdarəsinin gözü önündə. İdarə kıbarda deyil ki, “xəbərimiz olmayıb”, deyib məsuliyyətdən yayınsınlar. Qoruq İdarəsi İçərişəhərin içindədir. İdarənin yeni rəhbəri, digər məsul şəxslər İçərişəhərdə göydələnlərə oxşar binaların meydana gəldiyini görürlər, yəqin. Abadlaşma adı altında yenidən tikilən evlərə indi mansarlar da əlavə olunur. Hamı getdikcə hündürə “qalxır”. Hara qədər? İçərişəhərdəki bütün fərdi evlərə mansar əlavə olunsa, şəhərin hansı görkəm alacağını təsəvvür etmək çətin deyil. Qoruq idarəsi bunu necə təsəvvür edir, hələ ki, məlum deyil. İçərişəhərdə olarkən diqqətimizi məhz bu mansarlar çəkdi. “Yolumuzun üstünə çıxanlar”ın bir neçəsinin fotosunu çəkdik. Bu eybəcərlər Qəsr küçəsi, 27, 7-ci M.Maqomayev döngəsi, 4-cü M.Maqomayev döngəsi, M.Maqomayev küçəsi 101. ünvanlardadır. Qoruq İdarəsinin diqqətinə təqdim edirik. Gedib baxsınlar. Prezidentin tapşırığına belə əməl edirsiniz?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan süni yağışla bağlı pilot layihə hazırlayır
16:53 24.02.2026
Ekologiya
Azərbaycanda geyim istehsalı 4%-ə yaxın artıb
16:34 24.02.2026
İqtisadiyyat
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
16:11 24.02.2026
Aktual
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya