Ağarza Elçinoğlu
İdarəetmə sistemi tamamən dəyişdirilməlidir
09:10 14.01.2021
Cəmiyyət
441
Dövlət şirkətlərinin sayı minimuma endirilməlidir
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Belə tədbirlərdən biri də “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun həbs edilməsidir. Onun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əvvəllər də Dövlət Təhlükəsizlik Xidmətinin müxtəlif icra orqanlarında və nazirliklərdə mütəmadi əməliyyatlar keçirməsi ölkədə korrupsiyaya qarşı görülən tədbirlərin sadəcə bir parçasıdır.
Lakin bütün bunlara baxmayaraq yenə də rüşvətə susayıb gözü xalqın varında olanların kökü kəsilmir...
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, artıq belə korrupsiya həbsləri ilə bağlı sayı itirib: “Dövlət şirkətlərinin səmərəli idarə edilməsi vacib məsələdir. Bu şirkətlərdə idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır”.
Mövzu ilə bağlı millət vəkili Razi Nurullayevin də fikirlərini öyrəndik:
"Mən bununla bağlı dəfələrlə fikir bildirmişəm. Ümumiyyətlə, dövlət şirkətlərinin bizneslə məşğul olması ciddi korrupsiyaya yol açır.
Dövlətin pulu ilə biznes qurulur, şirkət yaradılır. Bununla da məhz dövlətin pulu hesabına kimsə milyarder olur, hər şey tikilir, süni şəkildə biznes və biznesmenlər yaradılır.
Amma bu şəkildə olan dırnaqarası iş adamlarını bəlkə də real bir şirkətə qoyub desən ki, "götür bu yüz min dolları, bir-iki il ərzində heç olmasa yüz beş min dollar et", əminəm ki, növbəti ildə həmin puldan heç bir qəpik də qalmayacaq. Ona görə də əlbəttə ki, dövlətin müəyyən strateji sahələri vardır ki, dövlət orada öz maraqlarını nəzərə alır. Bu, normal haldır.
Bütünlükdə isə dövlət şirkətlərinin sayının çox olması, dövlətin bütün strukturları biznes kimi idarə etməsi, yaxud da həmin dövlət şirkətlərinin sayının artması və ona biznes kimi yanaşılması heç də özünü doğrultmur. Doğrudan da orada böyük pullar "oynayır" və o pullar halal yollarla qazanılmır, büdcədən gedir. Heç kəs də o pulu qazanmayıb. Fəqət, o pullar ilə istədikləri kimi rəftar edirlər.
Bu gün Azərbaycanda xeyli dövlət şirkəti var. Onlar dövlətin büdcəsindən, xaricdən borc alırlar, sonra isə dövlət onların borcunu ödəyir. Əgər bu şirkət dövlət şirkətidirsə və özünü saxlaya bilmirsə, hər dəfə dövlətin büdcəsindən pul alıb xarici borcları ödəyirsə, o şirkətin məsuliyyətini niyə biz daşımalıyıq?!
Buna görə də düşünürəm ki, bu, tamamən haqlı məsələdir. Dövlət şirkətlərinin sayı nəinki azaldılmalıdır, hətta minimuma endirilməlidir. Dövlətin özü isə bizneslə məşğul olmalı deyil.
Azərbaycanda belə şirkətlərin sayı həddən artıq çoxdur. Dövlət isə hər il onların xarici borcunu ödəmək üçün vəsait ayırır. Bu, qətiyyən yolverilməzdir və mən bunu Azərbaycan üçün, ümumi idarəetmə üçün çox zərərli hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm