İlahiyyatçı-alim: "Ölkəmizdə hər zaman mömin insanların inanclarına hörmətlə yanaşlıb"
13:06 30.08.2020
Cəmiyyət
700
Ümummili Liderimizin Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsində, dövlət - din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrilməsində rolu böyük olub.
Onun layiqli davamçısı Prezidenti İlham Əliyevin dini dəyərlərimizə diqqət və qayğısı sayəsində ölkəmizdə yeni məscidlər, dini ibadətgahlar və ziyarətgahlar tikildi və təmir olundu. Ölkəmizdə hər zaman mömin insanların, dindarların inanclarına hörmətlə yanaşılıb.
Təəssüf ki, hazırda bütün dünyanı cənginə alan koronavirus səbəbindən dini ayinlərin ənənəvi şəkildə keçirilməsi mümkün olmadı. İndi insanların qaydalara riayət etməsi və kütləvi ibadət tədbirlərindən kənar durması zəruri edir. Digər ölkələrdə də analoji qaydalara riayət olunması, məscidlərin qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi məqsədəuyğun hesab olunub. Lakin bu gün Aşura günündə insanların sağlamlıq məqsədilə tətbiq edilən qaydalara məhəl qoymadığı da aşkarlandı.
Bu barədə “Şərq”ə danışan ilahiyyatçı-alim Atif İsmayılov bildirib ki, bu qədər təbliğata və maarifləndirməyə rəğmən Aşura günündə qaydalara tabe olmayanlar aşkarlandı. İlahiyyatçı-alim bildirib ki, dövlətimiz hər zaman dinə və dindarlara yüksək qayğı göstərib:
“Aşura günündə insanların bir yerə toplaşması onların mənəvi hissiyatından irəli gələn bir addımdır. Bu tam çərçivəyə salınası bir şey deyil. Bildiyimiz kimi, hər il Aşura mərasimi cəmiyyətimizdə kütləvi formada həyata keçirilib. Pandemiya səbəbindən aparılan təbliğatlara və qoyulan qadağalara baxmayaraq, Lənkəranda və Şəmkirdə qayda-qanunların pozulması halları aşkarlandı. Təbii ki, bu da onların içindən gələn bir hissdir, yəni qanunlar insanların daxili hissinə hakim ola bilmir. Bu dini inancdır. Əgər camaat bu addımları atarkən pandemiyanın tənzimlənmiş nizam-intizamlı qaydalarına riayət etsəydilər daha məqsədəuyğun olardı. Kütləvi şəkildə bir yerə axın etmək təbii ki, yolverilməzdir. Amma insanların mənəvi hissiyyatına heç kim hakim ola bilmir. Gördük ki, bu gün bir qrup insanlar nümunəvi şəkildə sosial məsafəni qorumaq şərtilə şəhidlərimizi ziyarət etdilər. Eyni zamanda bu həm şəhidlərimizə olan hörmət idi, həm də Aşura günün anımı idi. İnsanlar açıq şəkildə anlamılıdır ki, digər ölkələrdə də analoji qaydalara riayət olunur. Ölkəmizdə hər zaman mömin insanların inanclarına hörmətlə yanaşlıb. Görülən bütün zəruri tədbirlər insanların sağlamlığının qorunması məqsədini daşıyır ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə