İlahiyyatçı: "Dənizdə qadınların hər tərəfini kişilər görür, ərlərində qeyrət yoxdurmu?!"

Dənizkənarı açıq - aşkar podyumdur . Qadınların hər tərəfini bütün kişilər görür. Bəs bu qadınların əri nə düşünür? Bu insanlarda bir namus, qeyrət yoxdurmu?".
"Sherg.az" xəbər verir ki,bu sözləri ilahiyyatçı Hacı Təyyar Hüseynli "azxeber.com"a açıqlamasında deyib. O bildirib ki, azərbaycanlı,müsəlman bir kişinin buna necə icazə verdiyini anlamır:

"Müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir" . 

İlahiyyatçının  sözlərinə görə çimərliklərin ayrılmasının vacibdir:

"Çimərliklərin ayrılmasını, kişilər və qadınlar üçün ayrı olmasını daha məqsədəuyğun hesab edirəm " .