"...İnformasiya zərbələri odlu silahdan daha təhlükəlidir”
Banuçiçək Kalbalıyeva
11:57 16.07.2020
Cəmiyyət
839
“İnformasiya təminatının həyata keçirilməsi təsadüfi adamlara, bloqerlərə yox, ixtisaslaşmış kadrlara həvalə edilməlidir”
“İndi meydan döyüşləri ilə yanaşı, psixoloji savaşlar da gedir. Əslində böyük müharibələrin taleyini həll edən də elə psixoloji məqamlardır”
Ermənistan başlatdığı təxribatı uğurla başa çatdırmaq naminə ən müxtəlif vasitələrdən istifadə edir. Düşmən təkcə avtomatla, qumbara ilə yox, həm də multimedia alətləri ilə mübarizə aparır. Yayılan səs yazıları, montaj edilmiş görüntülər də bunu sübut edir. Ermənistan Müdafiə Nazirliyi dezinformasiyalar yaymaqla məşğuldur. Deməli, diqqətli olmalı, necə deyərlər, hər xəbərin üstünə qaçmamalıyıq. Əks halda ictimai şüurda ciddi dəyişikliklər ola bilər.
Düşmənin çirkin təxribatları baradə “Ağ partiya”nın sədri Tural Abbaslı “Sherg.az”a danışıb. Onun fikrincə, bütün həmlələrə hazırlıqlı olmalıyıq:
“İndi meydan döyüşləri ilə yanaşı, psixoloji savaşlar da gedir. Əslində böyük müharibələrin taleyini həll edən də elə psixoloji məqamlardır. Hətta deyərdim ki, yaşadığımız XXI əsrdə informasiya zərbələri odlu silahdan daha təhlükəlidir. Çünki demorilizə olunmuş əsgər texnika ilə nə qədər təmin olunsa da, məğlubiyyətə məhkumdur. Dünyanın ən nəhəng dövlətlərindən biri olan Amerikanın Vyetnamla müharibə apara bilməməsi, ya da Əfqanıstanla hesablaşması heç də təsadüfi deyil. Bu, qarşı tərəfin əhval-ruhiyyəsi sayəsində mümkün oldu. Qələbə, mübarizlik ovqatı isə təbliğatla, piarla formalaşır”.
T.Abbaslının sözlərinə görə, təbliğatın ən vacib elementlərindən biri də qəhrəmanlarımızı vaxtında tanıtmaqdır:
“Mübariz İbrahimov, yaxud Polad Həşimov şəhid olanadək onları kim tanıyırdı? Heç kim. Hərçənd ki, həmin adamları və onlar kimi başqalarını qəhrəman edən əllərindəki avtomat yox, əqidələri idi. Biz belə hərbçilərimizi sağ ikən tanıtmalı, gənc nəslə nümunə göstərməliyik. Şair Cabir Novruz demiş: “Sağlığında qiymət verək insanlar a” Yalan deməyək, lakin həqiqəti vaxtında, gecikmədən təqdim edək”.
Partiya sədri, həmçinin qeyd edib ki, müasir müharibənin tələblərinə cavab verməkdən ötrü ciddi işlər görülməlidir:
“İnformasiya təminatının həyata keçirilməsi təsadüfi adamlara, bloqerlərə yox, ixtisaslaşmış kadrlara həvalə edilməlidir. Bunun üçün isə hökumət İKT-nin imkanlarını qiymətləndirməlidir. ABŞ prezidenti Donald Trampa qarşı cinayət işinin açılmasının səbəbi onun Rusiyanın informasiya siyasəti ilə hakimiyyətə gətirilməsi iddiasıdır. Baxın, informasiyanın gücü budur. Odur ki, bu məsələ hansısa qurumların, ya da partiyaların görəcəyi iş deyil. Xüsusi dövlət proqramı qəbul edilməlidir. Ayrı-ayrı güc strukturlarının tərkibində informasiya ilə işləyən şöbələr yaradılmalıdır. İnformasiya təminatı dövlət təhlükəsizlik konsepsiyanın tərkib hissəsi, özü də ən vacib bəndi olmalıdır.
Biz zamanı qabaqlamalı, texnologiyanın dünya miqyasındakı əhəmiyyəini qiymətləndirməliyik. Əgər bu gün dolma bişirən qadın bir dəqiqəlik “Tik-tok” çəkib, paylaşırsa və onun 5-6 min izləyicisi olursa, deməli, bizə verilən multimedia imkanları insanların şüuruna təsir edə bilən ən güclü silahdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat