“Əgər postlarda şikayət, həyatdan, yaşayışdan, taledən narazılıq varsa, dərhal onları hədəfə alır və cəlbetmə mexanizmlərini işə salırlar”
İnsanlar sosial şəbəkələrdə daha asan tələyə düşür
05:30 21.05.2024
Cəmiyyət
674
İndi insan alverçiləri müasir texnologiyalardan hər cür istifadə edir
“Əgər postlarda şikayət, həyatdan, yaşayışdan, taledən narazılıq varsa, dərhal onları hədəfə alır və cəlbetmə mexanizmlərini işə salırlar”

“Əgər postlarda şikayət, həyatdan, yaşayışdan, taledən narazılıq varsa, dərhal onları hədəfə alır və cəlbetmə mexanizmlərini işə salırlar”
Sosial şəbəkələr insan alverçilərinə qurbanlarını ələ keçirmək üçün daha geniş imkanlar açır. Hazırda insan alverçiləri qurbanlarını sosial şəbəkələr üzərindən hədəfə alırlar. Bu sözləri “Sherg.az"a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 91 Azərbaycan vətəndaşının məhz sosial şəbəkələr vasitəsilə insan alveri qurbanına çevrilməsi faktını şərh edərkən dedi.
Qeyd edək ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatında qeyd edilir. Hesabata əsasən, 2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib. Onların 38 faizi 35 yaşdan yuxarı, 7 faizi 18-25 yaş arası, 55 faizi isə 25-35 yaş aralığındakı şəxslərdən ibarətdir. Həmçinin 24 nəfərin Bakı, 11 nəfərin Gəncə, 6 nəfərin Tovuz, 5 nəfərin isə Sumqayıt şəhər sakini olduğu müəyyənləşib. Eyni zamanda onlardan 28-i Türkiyə, 28-i Rusiya, 15-i Birləşmiş Ərəb Əmirlikləri, 10-u Bəhreyn, 4-ü Qətər, 3-ü İran, 1-i isə İraqda cinsi istismara məruz qalıb. Daha 2 nəfər isə sosial şəbəkələr vasitəsilə aldadılaraq ölkə daxilində əmək istismarına cəlb edilib. Qurbanlardan 6-sı 18-25 yaş arası, 50-si 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-si respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-si isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub. Bundan başqa, 2005-2023-cü illərdə 1350 nəfər insan alveri qurbanı olub. Onlardan 1264 nəfəri qadın, 86-sı isə kişi olub.
M.Zeynalova qeyd etdi ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında dinlənilib və ciddi məsələlər müzakirə olunub: " İnsan alverinin mövcud durumu ilə bağlı ətraflı hesabat hazırlanıb. Hesabatda yeni tendensiyalar əksini tapıb. İnsan alveri qurbanları ilə bağlı ölkədə reabilitasiya proqramları mövcuddur. Belə şəxslər sığınacaqlara yerləşdirilir, onlara lazımi tibbi, psixoloji, sosial dəstək verilir. NK-nin qərarı ilə bu şəxslərə 700 manat kompensasiya ayrılıb. İnsan alveri qurbanlarının reabilitasiya proqramlarının icrasında qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edilir, memorandum var. Amma insan alveri ciddi və daim dəyişkən bir problemdir. İndi insan alverçiləri müasir texnologiyalardan hər cür istifadə edir artıq. Sosial şəbəkələrsə onlara daha geniş imkanlar açır".
M.Zeynalova bildirdi ki, insan alverçiləri sosial şəbəkələrdəki paylaşımların məzmununa diqqət edir:
"İnsan alverçiləri elektron texnologiyalardan geniş istifadə edərək qurbanların cəlbini və satışını təşkil edirlər. Cəlbetmə prosesində birisinin hansı qrupda və hansı məzmunda paylaşım etməsinə baxırlar. Əgər postlarda şikayət, həyatdan, yaşayışdan, taledən narazılıq varsa, dərhal onları hədəfə alır və cəllbetmə mexanizmlərini işə salırlar. Qurbanlar təklifləri real qəbul edir və beləliklə aldanma prosesi başlayır. Proses indi daha da asanlaşıb. Biz görünməyən təhlükə ilə üz-üzəyik. İnsan alverçiləri süni intellektdən də istifadə edir, tanış adamların səsiylə müraciət edirlər, kodlaşmış ifadələrdən istifadə edirlər. İnsanlar bunları nəzərə almalı və sosial platformalarda ehtiyatlı olmalıdırlar. Təklif edənin kimliyini araşdırmalıdırlar, təklifin nə dərəcədə real ola biləcəyinə diqqət etməlidirlər. Hüquqi prosedurları öyrənməlidirlər. İnsan alverçiləri internetdən, texnologiyaların yaratdığı imkanlardan istifadə edirsə, qarşıdakı şəxs də eynilə bu imkanlardan yararlanıb ən azından təklif edənin kimliyini, təklifin nə dərəcədə rela olduğunu öyrənə bilər. Çox zaman insan alverçiləri qurbanlarını işə cəlbetmə adı altında cəlb edirlər. Təklif alan şəxs də baxa bilər, öyrənə bilər belə bir iş yeri, işəgötürən varmı, yoxmu? Kor-koranə kiməsə inanmaq və tora düşmək indiki zamanda bir qədər anlaşılan deyil. Ən azından şəxs "152" Qaynar xəttinə zəng vura bilər. Bunlar çox vacib məsələlərdir və insanlar çox diqqətli olmalıdırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə təcrübə toplamalı, insan alverçilərinin qarşısının maksimum alınması üçün imkanlar dərindən öyrənilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm