İntiharın yaşı "cavanlaşıb"
Yusif Nəzərli
09:06 06.10.2021
Cəmiyyət
1612
...İnsanlar yanlış fikirləşirlər ki, bəlkə o biri dünya daha gözəldir
Lənkəranda 16 yaşlı Murad Tahirov özünü evin həyətində asıb. Onun nəşi səhər saatlarında aşkarlanıb. Bir digər intihar hadisəsi isə Xaçmaz rayonunda baş verib. 9 yaşlı uşaq atasının intiharından iki ay sonra canına qəsd edib. 2012-ci il təvəllüdlü Ramal Qeybullayev özünü asaraq öldürüb. Bir müddət öncə də 15 yaşlı Aqşin sevdiyi qız başqası ilə nişanlandığı üçün intihar yolunu seçib.
Bir sözlə, intiharın yaşı “cavanlaşıb”, hətta “uşaqlaşıb”.
Azyaşlıların intihar etmə səbəbləri haqda “Şərq”ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixoloq Gülər Məmmədova deyib ki, canaqəsd halların baş verməsi insan psixikasında yaranan ciddi problemlərlə əlaqəlidir:
“Azyaşlılar bu addımı şüurlu şəkildə atmasalar da, kökündə başqa səbəblər dayanır. Özünü həmin an çarəsiz, köməksiz hiss edir və bu yola əl atır. Ona görə valideynlər uşaqlarla daim ünsiyyətdə olmalı, övladları ilə dünyagörüşü tam inkişaf etməmiş söhbətlər aparmalıdırlar. Uşaqlar hələ həyatı tam başa düşmürlər, çətinlik çəkirlər. İntiharın digər səbəbi ailədə yaşanan neqativ hallar da ola bilər. Ailələr uşaqların psixologiyasına ciddi yanaşmalıdırlar. Valideyn övladının istəklərinə, problemlərinə, maraqlarına bələd olmalıdır. Onun ünsiyyətdə olduğu adamları tanımalı, hansı oyunlara meyl göstərib, sevdiyini bilməlidir. Bu prosesləri mütəmadi izləməlidirlər. Uşaq bu fikri kimdənsə eşidir və ağlında qalır. Fikirləşər ki, o biri dünya daha gözəldir. Məhz buna görə, uşaqlara, xüsusilə də yeniyetmələrə qarşı diqqətli olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət