İran Ermənistana hərtərəfli dəstək verir - Şeyx
Yusif Nəzərli
15:12 18.04.2023
Cəmiyyət
352
İran əli müsəlman qanına bulaşmış zalım Ermənistana hərtərəfli dəstək verir.
Bakupost.az "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbirdə çıxışı zamanı deyib.
“Müstəqilliyimizi və qələbəmizi həzm edə bilməyən, nailiyyətlərimizi gözü götürməyən bədxah qüvvələr Azərbaycanın inkişafından, müstəqil siyasətindən ciddi narahat olaraq ölkəmizin daxili işlərinə müdaxilə etməyə, sabitliyi pozmağa cəhdlər edirlər”, - o, vurğulayıb.
O xatırladıb ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə Qarabağdakı məscid və məbədlərin dağıdılmasına, onların vandalizmə məruz qalmasına, islamda haram buyurulan heyvanlar saxlanılmaqla həqarət olunmasına, xalqımıza qarşı etnik təmizləmə və terrora susqun qalanların, Xocalıda, Ağdabanda azərbaycanlılara qarşı soyqırımı törədən faşist, islamofob Ermənistana dəstək verən, separatçılara yardım edənlərin dini dəyərlərin təəssübkeşi kimi danışmağa haqqı yoxdur.
Onun sözlərinə görə, ölkəmizin Tehrandakı səfirliyinə insan qətli ilə nəticələnən terror hücumu, dövlət atributlarımıza qarşı hörmətsizlik, Konstitusion quruluşumuza qarşı təxribatçı xarakterli təbliğat, siyasi-ictimai xadimlərimizin hədəf alınması insani və beynəlxalq hüquq normalarına zidd hallardır:
“Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən, müsəlman qonşusuna təcavüz edən, əli müsəlman qanına bulaşmış zalım Ermənistana İranın hərtərəfli dəstəyi, qədim Azərbaycan məskəni Qafanda konsulluq açması, hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəs olan Araz çayı boyunca hərbi təlimlər keçirməsi, işğalçı, qəsbkar Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi ilə bərabər tutması Ermənistanı yeni müharibəyə cəsarətləndirmək, revanşizmə kökləməkdir və açıq anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir və qətiyyətlə qınanılır.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları ilə, o cümlədən, İran dövləti ilə mehriban qonşuluq, İslami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirilmək niyyəti nümayiş etdirmişdir. Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region