İş yerində rəsmiləşdirmələr artıb
06:21 16.09.2020
Cəmiyyət
662
Bu da istər-istəməz muzdla çalışan işçilərin sayına təsir edib
2020-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2 faiz artaraq 1681,2 min nəfər olub, onlardan 909,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi tikinti, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artaraq 715,4 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, muzdla çalışan işçilərin sayının ötən illərlə müqayisədə artmasının başlıca səbəbi rəsmiləşdirmənin çoxalması ilə əlaqədardır.
O, diqqətə çatdırıb ki, Vergi Departamenti ilə Əmək və Sosial Müdafiə Nazirliyi bu sahədə daha ciddi nəzarət mexanizmlərini qorumağa çalışırlar:
"Pandemiya ilə əlaqədar olaraq aprel ayından sonra muzdla çalışanlara, xüsusilə də qapadılan sahələrdə işləyən insanlara əlavə kompensasiyaların verilməsi məsələsi gündəmə gəldi. Məhz bundan sonra bir çox iş yerlərində rəsmiləşdirmə sayında artım oldu. Rəsmiləşdirilmənin həcminin çoxalması da muzdla çalışan işçilərin sayında ötən illə müqayisədə artımla müşahidə olundu".
N.Cəfərli maaş artımı məsələsinə gəlincə, bildirib ki, bunun əsas səbəbi tibb sahəsində çalışanların əmək haqlarının dəfələrlə çoxalması ilə bağlıdır:
"Bilirsiniz kimi, koronavirusla bağlı Prezident İlham Əliyevin fərmanı oldu. Tibb sahəsində çalışanlara əlavə ödənişlərin, bonusların verilməsi üçün geniş bir proqram qəbul olundu. Bu da tibb sahəsində çalışan on minlərlə insana şamil edildi.
Onların bəzilərinin maaşında 3 dəfə, bəzilərində isə 5 dəfə artımın olması ümumi muzdla çalışanların gəlirinin faiz nisbətinə ciddi təsir göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm