İstər nazir olsun, istər deputat: Rəsmi şəxslər Azərbaycan dilində səlis danışmağı bacarmalıdırlar
Məlahət Rzayeva
08:34 30.10.2019
Cəmiyyət
944
Ana dilində səlis danışa bilməyənlər sosial şəbəkələrdə adətən tənqid hədəfinə çevrilir. Tənqidə məruz qalanlar arasında nazir də olur, məmurlar da, millət vəkilləri də... Tənqidlər əsassız sayıla bilməz. Çünki hələ 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun imzalanıb. 2012-ci ildə isə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam verilib.
Bu o deməkdir ki, Azərbaycan dili dövlət dili kimi qorunmalı, rəsmi sənədlər bu dildə tərtib edilməli və rəsmi şəxslər də dövlət dilində səlis danışmalıdırlar. Bacarmırlarsa, heç olmasa buna çalışmalıdırlar. Bəs Azərbaycan dilində düzgün danışa bilməmək, fikrini düzgün, səlis ifadə etməmək nəyin nəticəsidir?
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Sherg.az”a açıqlamasında bildirdi ki, bəzi məmurların Azərbaycan dilində səlis danışa bilməməsi dili bilməməkdən irəli gəlir:
"Kim ana dilində səlis danışa bilmirsə, deməli, o, özünü təqdim edə bilmir. Bu da dili bilməməkdən qaynaqlanır. İstər nazir olsun, istər məmur, ya bir başqası, əgər Azərbaycan dilində danışmağı bacarmırsa, öz peşəsini də təqdim edə bilməyəcək. Problem bundadır ki, bəziləri rus dilində düşünür, sonra onu Azərbaycan dilinə çevirirlər. Nəticədə sintaktik normalar pozulur. Hələ mən fonetik normaları demirəm. Azərbaycan dilinin öz sintaktik normaları var. Mübtəda cümlənin əvvəlində xəbər sonunda gəlməlidir. Yaradıcılıq fərqlidir. Kimsə əsər yazar və orada hansısa obrazın dilinlə sintaktik normaları poza bilər. Amma rəsmi tədbirlər, rəsmi şəxslərin danışığında Azərbaycanın dövlət dili normalara uyğun səslənməlidir.
Deməli, dilə nabələddirlər, kitab oxumurlar. Söz ehtiyatları zəifdir. Ona görə də fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Adam var, film seyr edir, deyirsən, indi məzmununu danış, danışa bilmir. Bunlar hamısı dili bilməməkdən, öyrənməyə də etinasız yanaşmanın nəticəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə