"Kart dələduzluğu ilə bağlı məsuliyyət vətəndaşın üzərinə atmalı deyil"
Yusif Nəzərli
20:00 30.10.2021
Cəmiyyət
417
"Mərkəzi Bank yenidən rəqəmsal manat məsələsini gündəmə gətirib".
Bu fikirləri "Şərq"ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz deyib.
Ekspert qeyd edib ki, Mərkəzi Bank xeyli müddətdir ki, perspektivli sahə olduğunu bildirərək rəqəmsal valyutanın yaradılması üzərində işləyir:
"Bununla bağlı konkret layihənin də mövcud olduğu bildirilib. Əlbəttə, bütün bunlar cəmiyyətin rəqəmsal transformasiyası, rəqəmsal bankçılığın inkişafı baxımından, maliyyə-bank sektorunda mühafizəkarlığın aradan qaldırılması, daha çevik və effektiv maliyyə-bank siyasətinin qurulması baxımından müsbət addımlardır. Dünyada bu sektorda baş verənlərdən kənarda qalmaq doğru olmazdı. Eyni zamanda, Mərkəzi Bankın yadına salmaq istərdim ki, 8 ildir ki , “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsini müzakirəyə çixarda bilməyib.Bu isə mövcud maliyyə-bank sektorunda rəqabətli mühitin inkişafının qarşısını alır, inhisarçılığıa şərait yaradır, rəqəmsal bankçılığın inkişafına mane olur. Eyni zamanda, bank sektorunda onlayn dələduzluğun qarşısının alınması istiqamətində maliyyə-bank sektorunun apardığı işləri də heç bir halda yetərli hesab etmək olmaz".
O.Gündüz qeyd edib ki, banklar kart məlumatlarının oğurluğu, kart dələduzluğu ilə bağlı bütün məsuliyyəti rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşın üzərinə atmalı deyil:
"Yeri gəlmişkən, ötən il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da başa çatdı. Amma bu proqram çərçivəsində yaradılması nəzərdə tutulan həmin qanun layihəsi yenə də ortaya çıxarılmadı. Düşünürəm ki, rəqəmsal milli valyutaya xüsusi diqqət yetirilməsi nə qədər təqdirəlayiq olsa da, yaxşı olar ki, MB yuxarıda qeyd olunan problemlərin həllinə də diqqət yetirsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya