"Hər fikrə reaksiya bildirsəm, işim gücüm ancaq, ona-buna fikir bildirmək olar"
Yazıçı Kəramət Böyükçöl Ağ partiya sədri Tural Abbaslının "İran və İsrail heç vaxt müharibə etməyəcək" fikirlərini səsləndirdiyi videonu öz sosial şəbəkəsində paylaşıb. K.Böyükçöl paylaşıma "Bu da ömründə bir dənə deşiyi düz nişan ala bilmədi də" - deyə yazıb.
Ağ partiya sədri Tural Abbaslı Sherg.az-a haqqında yazılan paylaşıma münasibət bildirmək istəmədi və dedi:
"Mən hər haqqımda paylaşılan fikrə reaksiya bildirsəm, işim gücüm ancaq, ona-buna reaksiya bildirmək olar. Xüsusi olaraq kimlərinsə paylaşımına fikir bildirmək istəmirəm. Kim nə istəyir paylaşa bilər, problem deyil".