Kiberhücumların qarşısını ala bilərik
06:36 21.10.2020
Cəmiyyət
568
Hücumlardan qorunmaq üçün VPN və VPN formatında olan bütün tətbiqlərdən imtina etməliyik
Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trendə verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda, guya, son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.
Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrənin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
İnternet-media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri hələ də davam edir. O bildirib ki, bunun başlıca səbəbi hərbi əməliyyatlar başlanandan ölkəmizdə internetlərə məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır:
"Çünki məhdudiyyətlər səbəbindən VPN proqramlarından istifadə halları çoxalmağa başladı. Bilirik ki, VPN aypi ünvanlarının üçüncü bir tərəfə rahat şəkildə ötürülməsini təmin edir. Bu da istifadəçilər üçün ciddi təhlükədir. Hesab edirəm ki, hücumlardan qorunmaq üçün VPN və VPN formatında olan bütün tətbiqlərdən imtina etməliyik. Öz istifadəçilərimizi bunlardan uzaq durmağa çağırmalıyıq.
İlk növbədə kompüterlərin kompleks yoxlanması həyata keçirilməlidir. Cihazda olan bütün əlavə proqramlar, tətbiqlər dərhal silinməlidir. Peşəkar tərəfindən cihaz tamamilə analiz edilməli və bütün xarici qurğular bilgisayardan azad edilməlidir. Yalnız bu yolla müxtəlif kiberhücumların qarşısını ala bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm