Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib: “Bu cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir.
Koronavirus infeksiyasına yoluxma riski hələ çox yüksəkdir
Turan
07:32 01.09.2020
Cəmiyyət
665
Belə bir şəraitdə insanların kütləvi şəkildə bir araya yığılmağa cəhd göstərməsi nə qəhrəmanlıq, nə də yüksək iman göstəricisidir
Məlum olduğu kimi, Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il sentyabr ayının 30-dək ictimai yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq, Operativ Qərargah tərəfindən müəyyən edilən məhdudiyyətlərə bütövlükdə əməl ediblər. Ancaq Daxili İşlər Nazirliyinin məlumatına görə, bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınıb.
Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib: “Bu cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir.
Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir. Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq”.
Nazirliyin çağırışı ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bütün məsuliyyət karantin qaydalarını pozaraq əzadarlıq məclisi keçirmək istəyənlərin üzərinə düşür.
Partiya rəhbəri vurğulayıb ki, Operativ Qərargahın xəbərdarlıqlarına və ruhanilərimizin çağırışlarına baxmayaraq, bəzi dindarlarımız orda-burda toplaşmağa, yürüşlər təşkil etməyə, mərsiyələr oxumağa və s. ayinlər icra etməyə cəhd göstəriblər:
“Halbuki, onlar yaxşı bilirdilər ki, pandemiyaya görə dini ayinlərin məscidlərdə kütləvi şəkildə keçirilməsi məsləhət görülmür. Çünki koronavirus infeksiyasına yoluxma riski hələ çox yüksəkdir. Belə bir şəraitdə insanların kütləvi şəkildə bir araya yığılmağa cəhd göstərməsi nə qəhrəmanlıq, nə də yüksək iman göstəricisidir.
Əksinə, bu hərəkət başqalarının həyatına, sağlamlığına səhlənkar yanaşmaq, günah qazanmaqdır. Zənnimcə, islam dini də ayrı-ayrı fərdlər tərəfindən topluma qarşı bu cür eqoist və saymazyana hərəkətə xoş baxmır”.
Ə.Hüseynov vurğulayıb ki, hazırda olduqca həssas dönəmdən keçirik. Bu mənada, indi hər kəs özünü karantin tələblərinə uyğunlaşdırmalıdır:
“Heç kim səhlənkar davranışı ilə insanların sağlamlığını təhlükə altına atmamalıdır.
Nəzərə almalıyıq ki, pandemiya da müvəqqətidir. Bir az səbirli, təmkinli olmalıyıq. Qarşıdakı illərdə xalqımız milli-mənəvi dəyərlərdən uzaq düşmək məcburiyyətində qalmayacaq. İnsanlar məscidlərdə öz inanclarını sərbəst şəkildə ifadə etmək imkanı əldə edəcəklər. Ancaq indi səbr etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə