"Koronavirusa qarşı ciddi önləyici tədbirlər görülür" - Millət vəkili
Banuçiçək Kalbalıyeva
08:34 16.03.2020
Cəmiyyət
778
Sabir Rüstəmxanlı:"İctimai nəqliyyatda dezinfeksiya tədbirlərinin görülməsi, xarici ölkələrə səfərlərin məhdudlaşdırılması, tədrisin dayandırılması təqdirəlayiqdir"
Azərbaycanda koronavirusla bağlı ciddi izolyasiya tədbirləri həyata keçirilir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.
İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Həyata keçirilən tədbirlərlə əlaqədər “Sherg.az”a danışan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda bu problemə kifayət qədər diqqət göstərildiyini söyləyib:
“Əvvəl bu virusa ciddi yanaşılmadı. Lakin sonradan vəziyyətin nə qədər təhlükəli olduğu anlaşıldı və bu istiqamətdə profaliktik tədbirlər həyata keçirilməyə başlanıldı. İctimai nəqliyyatda dezinfeksiya tədbirlərinin görülməsi, xarici ölkələrə səfərlərin məhdudlaşdırılması, tədrisin dayandırılması təqdirəlayiqdir. Ümid edək ki, Azərbaycan bu bəladan canını tezliklə qurtara biləcək”.
Profilaktik tədbirlərin davamı olaraq iaşə obyektlərinin fəaliyyətinin dayandırılmasına gəlincə, S.Rüstəmxanlı qeyd edib ki, bu, düzgün qərardır:
“Şəhərdəki kafelərin, barların fəaliyyəti çoxdan məhdudlaşdırılmalı idi. Çünki onların bəzilərində həm də Azərbaycan əxlaqına zidd olan xidmətlər göstərilir. Yəni mənəvi virusun qarşısı alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə