Pandemiya başlayan ilk gündən dövlətimizin əsas məqsədi insanların sağlamlığını təmin etmək, postpandemiya dövrü üçün müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasını reallaşdırmaqla davamlı inkişafı sürətləndirməkdir. O baxımdan Azərbaycan karantin rejiminin yumşaldılmasına tədricən getməli, məhdudiyyətləri tam aradan qaldırmamalıdır. Çünki tələsik addımlar yoluxma sayının yenidən artmasına, əldə olunmuş müsbət dinamikanın pozulmasına gətirib çıxara bilər.
Koronavirusun yayılmasını aşağı həddə saxlaya bilərik
Turan
08:12 02.09.2020
Cəmiyyət
608
"Vətəndaşlar üzərinə düşən məsuliyyətə yüksək səviyyədə riayət etməlidir"
Dövlətin pandemiya ilə mübarizə tədbirləri öz effektiv nəticələrini göstərməkdədir. Tətbiq olunmuş karantin tədbirləri və məhdudiyyətlər COVİD-19 infeksiyasının yayılma dinamikasını azaldıb. Ölkəmizdə koronavirusa görə mövcud olan epidemioloji vəziyyət bu infeksiyanın qeydə alındığı digər ölkələrlə müqayisədə çox qənaətbəxşdir. Müqayisəli təhlil aparsaq, görərik ki, hansı ölkədə önləyici tədbirlər gecikmiş şəkildə həyata keçirilibsə, o dövlətlərdə vəziyyət acınacaqlıdır. Xəstəliyə yoluxma və ölüm hallarının səviyyəsi yüksəkdir.
Pandemiya başlayan ilk gündən dövlətimizin əsas məqsədi insanların sağlamlığını təmin etmək, postpandemiya dövrü üçün müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasını reallaşdırmaqla davamlı inkişafı sürətləndirməkdir. O baxımdan Azərbaycan karantin rejiminin yumşaldılmasına tədricən getməli, məhdudiyyətləri tam aradan qaldırmamalıdır. Çünki tələsik addımlar yoluxma sayının yenidən artmasına, əldə olunmuş müsbət dinamikanın pozulmasına gətirib çıxara bilər.
Məsələni “Şərq”ə dəyərləndirən millət vəkili Azər Badamov vurğulayıb ki, məhdudiyyətlərin aradan qaldırılması koronavirus infeksiyasının bitdiyi anlamına gəlmir.
Deputatın sözlərinə görə, dünya praktikasında görürük ki, hansı ölkələr tam yumşalmaya gedirsə, koronavirusun yayılması yenidən sürətlənir:
“Hətta həmin ölkələrdə yenidən sərt karantin rejiminin yenidən tətbiqi məsələsi müzakirə olunur. Bu gün ölkəmizdəki sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir.
Təbii ki, bu nəticənin əldə olunmasının əsasında dövətin gördüyü təxirəsalınmaz tədbirlər və vətəndaşların məsuliyyətli yanaşması dayanır. Müasir səhiyyə ocaqları koronavirus xəstələrinin sağalmasına yönləndirilib, yeni modul xəstəxanalar istifadəyə verilib.
Bütün bunlar ehtiyat tədbirləridir. Amma biz vətəndaş olaraq bugünkü tələblərə məsuliyyətlə yanaşaraq koronavirusu aşağı həddə saxlaya bilərik. Unutmamalıyıq ki, peyvənd tətbiq olunana qədər tibbi maska, sosial məsafə və şəxsi gigiyenaya yüksək dərəcədə riayət etməklə yaşamağa məhkumuq.
Həm də dövlətimiz yeni peyvəndin alınması istiqamətində iş görür. İstəyirik ki, tam sınaqdan çıxmış, etibarlı əsasları olan peyvəndi ölkəmizə gətirək və insanları vaksinasiyadan keçirək. Koronavirusun ömrü əbədi deyil.
Bunun da bir sonu olacaq. Amma bu sonun nə vaxt olacağını heç kim deyə bilmir. Ona görə də vətəndaşlar üzərinə düşən məsuliyyətə yüksək səviyyədə riayət etməli, özlərini, yaxınlarını qorumaqla dövlətin gördüyü misilsiz işlərə dəstək verməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol