Korrupsiyaya qarşı mübarizədə QƏTİYYƏT !- “Heç kim boyun qaçıra bilməyəcək !”
Şəymən Bayramova
09:32 21.09.2020
Cəmiyyət
933
“Dövlət həm inzibati yollarla, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır”
“Prezidentin verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər isə ciddi cəzalandırılır"
Son illərdə Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərindən biri korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılmasıdır. Ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. O cümlədən dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində tədbirlər görülür.
Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynovun sözlərinə görə, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar ölkə ictimaiyyəti və bütövlükdə cəmiyyət tərəfindən təqdir olunur. Bu günə qədər görülən işlər və atılan addımların hər biri ölkə vətəndaşlarının sosial rifah halının qorunmasına yönəlib:
"Müvafiq qurumlara ünvanlanan şikayətlər əsasında araşdırma aparıldıqdan sonra korrupsiya, rüşvətxorluq və dövlət əmlakının talanması ilə bağlı həyata keçirilən ardıcıl həbslər əhali tərəfindən dəstəklənib.
Yüksək vəzifəli şəxslərin həbsi isə birmənalı olaraq ölkə başçısının korrupsiyaya qarşı mübarizədə nə dərəcədə qətiyyətli olduğunu göstərir.
Qeyd edim ki, hökumətin həyata keçirdiyi sosial dəstək siyasətinə qarşı çıxan bəzi məmurların mənəviyyata sığmayan hərəkətlərini həm dövlətçiliyə, həm də xalqa xəyanət kimi qiymətləndirmək olar".
Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın özünəməxsus modeli olduğunu vurğulayan İ.Hüseyovun sözlərinə görə, kompleks şəklində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan korrupsiya ilə mübarizə üzrə beynəlxalq regional qurumlarla əməkdaşlıq həyata keçirir, onların tövsiyələrinə uyğun fəaliyyət göstərir:
“Dövlət başçısı dəfələrlə öz çıxışlarında bu həbslərdən sonra çıxışlarında qeyd edib ki, heç kim qanundan üstün deyil və heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Dövlət həm inzibati yollarla, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır. Prezidentin verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər isə ciddi cəzalandırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm