Kür quruyur: “Vəziyyətimiz çox təhlükəlidir” - Su müharibəsi!
Banuçiçək Kalbalıyeva
14:42 10.02.2021
Cəmiyyət
747
“Su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır”
“Çoxlu sayda yeni artezian quyuları qazılmalı, “naməlum səbəbdən” 40-50 faizə çatan ifrat “su itkiləri”nin qarşısı alınmalıdır”
Kür çayında suyun səviyyəsi aşağı düşüb. Ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir. Proses bir neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb. Hazırda isə Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır. Əlbəttə, bu, onu göstərir ki, həyəcan təbili çalmağın vaxtıdır. Əks halda...
Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “əks halda”nı “Sherg.az”a şərh edib:
“Qışın ortasında Kürdə suyun niyə azaldığının dəqiq səbəblərini bilmirəm. Buna müxtəlif faktorlar təsir göstərə bilər. Yağıntıların azalması, Kürə gələn çayları formalaşdıran bulaqların quruması, çayın keçdiyi ölkələrin suyu anbarlara toplaması və s. Yəni burada həm təbii, həm antropogen faktorların təsiri var. Lakin antropogen təsirlərin payının hədsiz çox olduğunu deyə bilərəm. Bu, qlobal və lokal ekoloji problemlərlə bağlıdır. Kür ölkəmizin ana arteriyasıdır, həm suvarma, həm içməli su ilə bağlı böyük su təchizatı mənbəyidir. Əgər çayda suyun azalması davam etsə, bu, təkcə ekoloji yox, həm də çox ciddi sosial və iqtisadi problemlərə səbəb olacaq”.
E.Bayramlı, həmçinin çıxış yollarını da göstərib:
“Bu problemin qarşısının alınması ilə bağlı dəfələrlə fikirlərimizi bildirmişik. Məsələ əsasən su mənbələrinin effektiv idarə olunmaması və ekoloji böhrana yol verilməsindədir.
Burada, əlbəttə, Kürün mənbə ölkəsi Türkiyənin və tranzit ölkə olan Gürcüstanın da ciddi təsiri var. Belə ki, onların Kür suyundan normadan artıq istifadəsi və suyun çox hissəsinin anbarlara toplandığı ilə bağlı məlumatlar yer alır.
Oxşar hallar təkcə bizim regionlarda deyil, dünyanın başqa zonalarında da müşahidə olunur. Hətta bəzi yerlərdə ölkələr arasında qarşıdurmalar yaranmasınadək gətirib çıxarır. Belə çıxır ki, ölkələr qlobal su müharibələrinə hazırlaşırlar.
Çünki yaxın müddətdə dünya üzrə çox ciddi quraqlığın baş verəcəyini və çox ciddi su probleminin yaranacağını həm qlobal elmi mərkəzlər, həm də beynəlxalq təşkilatlar etiraf ediblər.
Müxtəlif ölkələr buna hazırlıq işləri görür. Bizim vəziyyətimiz isə çox təhlükəlidir. Çünki su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır.
Qafqazın ümumi su ehtiyatının çox cüzi hissəsi bizim payımıza düşür. Gürcüstan və Ermənistan əhali və ərazicə bizdən 2-3 dəfə az olmalarına baxmayaraq, su ehtiyatlarına görə bizdən 2-3 dəfə çox imkanlara malikdirlər”.
Ekspertin fikrincə, lazımi addımlar atılmasa, durum daha da pisləşəcək:
“Əgər quraqlıq və qlobal su çatışmazlığı baş versə, biz çox ağır vəziyyətdə qalacağıq. Ona görə də müvafiq təşkilatlar suyun qiymətini heç bir əsas olmadan bahalaşdırmaqdansa, yaxşı olardı ki, su ehtiyatlarından effektiv istifadəni təmin etmək üçün ciddi tədbirlər görsünlər.
Təcili olaraq mümkün yerlərdə su anbarları tikilməli, dəniz kənarında suşirinləşdirici zavodlar qurulmalı, yağış suyundan səmərəli istifadə olunması üçün müvafiq texnologiya tətbiq edilməli, mümkün olan yerlərdə çoxlu sayda yeni artezian quyuları qazılmalı, “naməlum səbəbdən” 40-50 faizə çatan ifrat “su itkiləri”nin qarşısı alınmalıdır.
Bulaqların qurumasına səbəb olan ekoloji problemlər həll edilməlidir. Müvafiq tədbirlər görülməsə yay mövsümündə ciddi probemlərlə qarşılaşacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı