Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
14:35 25.04.2021
Cəmiyyət
422
Kürdəmirdə şəhid baş gizir Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına Kürdəmir-Ucar yolunun kənarında inşa olunub. Açılış mərasimində rayon rəsmiləri, məktəblilər, şəhid anaları, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışılıb.
Şəhidin həyat yoldaşı Jalə Mikayılova onlara, ümumiyyətlə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib.
Xatirə bulağının açılış mərasimində məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, şəhid baş gizir Nahid Sovqat oğlu Mikayılov 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə başa vuran Nihad Mikayılov həqiqi hərbi xidmətə gedib. Xidməti müddətini bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən olub. Ağır döyüş yolu keçib. Təəssüflər olsun ki, düşmən minomyotundan açılan atəşlə ağır qəlpə yarası alan gizir şəhid olub. Nihad Mikayılovun cəsədi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər xiyabanında dəfn edilib. Şəhidimizdən geriyə üç oğul övladı qalıb: gələcəyin üç əsgəri, qəhrəman atalarının yolunu gedəcək üç qəhrəman oğul.
Xatirə bulağının açıldığı bu gün həm də şəhidimizin doğum günüdür. Yaşasaydı 39 yaşı tamam olacaqdı. (azərtac)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət