“Lada”, “VAZ”, “Niva” – Azərbaycanlıların Rusiya istehsalı maşınlara marağının SƏBƏBLƏRİ
Banuçiçək Kalbalıyeva
13:55 26.02.2020
Cəmiyyət
1056
Ötən il Rusiyadan Azərbaycana 3300 avtomobil ixrac olunub. Statistikaya görə Rusiyadan avtomobil ixrac edilən ölkələr sırasında Azərbaycan üçüncüdür. Digər ilk iki yeri isə 10000 avtomobillə Çexiya və 8500 avtomobillə Özbəkistan tutur. Maraqlıdır ki, niyə azərbaycanlı sürücülər Rusiya istehsallı avtomobillərə belə çox maraq göstərirlər?
Nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a açıqlamasında bunun bir neçə səbəbini göstərdi:
“Əvvəla, Azərbaycan sürücüləri üçün Rusiya istehsallı avtomobillər daha əlçatandır. İkinci tərəfdən, SSRİ uzun illər bu ittifaqa daxil olan ölkələrə maşın ixrac edib. Biz yalnız müstəqillik əldə etdikdən sonra xarici markalarla tanış olmuşuq. Bu da azərbaycanlıların Rusiya istehsallı maşınlara meyl göstərməsinin əsas səbəblərindəndir. “Lada”, “VAZ”, “Niva” markalı avtobillərə gənclər arasında maraq daha kütləvidir. Onlar xüsusilə şou xatirinə bu avtomobillərə üstünlük verirlər. Üçüncüsü isə Rusiyada istehsal olunan avtomobillərin qiyməti nisbəti ucuzdur”.
Ekspertin sözlərinə görə, mövcud statistikaya təsir edən əsas amillər sırasında bu avtomobillərin texniki təminatı da mühüm rol oyanyır:
“Qeyd etdiyim amillərlə yanaşı, Rusiya istehsallı avtomobillərin texniki təminatının sadəliyi, həmçinin ehiyat hissələrinin asan tapılması bu məsələyə təsir edir. Azərbaycanda bütün ustalar Şimal qonşumuzda istehsal olunan maşınların nasazlığını asanlıqla müəyyənləşdirib, problemi həll edə bilərlər. Ancaq bir çox ustalar xarici markalı avtomobillərin texniki təminatına bələd deyillər”.
E.Muradlı düşünür ki, Rusiyadan avtomobil ixrac edilən ölkələr sırasında ilk yerdə Çexiyanın qərarlaşması heç də təsadüfi deyil:
“Görünür, Rusiya istehsalı avtomobillər müasir tələblərə cavab verir. Hətta keçmiş SSRİ dövründə Rusiyanın istehsal etdiyi maşınlar Misirdən tutmuş Avropa ölkələrinə qədər yayılmışdı. Sadəcə hər sifarişçi ölkə özünə uyğun olaraq avtomobildə müəyyən rekonstruksiyalar edir. Məsələn Yaponiyada avtomobillərin sükanı sağ tərəfdədir. Ərəb ölkələrindəki bütün maşınlarda kondisioner olur. Halbuki istehsalçı ölkə avtomobilləri belə istehsal etmir. Bu dəyişikliklər sonradan edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm