Türkiyənin Kocaelinin Çayırova rayonunda yaşayan Sadık Yalçınkaya, vaxtından əvvəl doğulan və serebral iflic diaqnozu qoyulan qızı Lina üçün ev şəraitində yeriş məşqlərinə kömək məqsədilə plastik su borularından ucuz yeriş baryeri hazırlayıb.
Sherg.az xəbər verir ki, Ailə bildirir ki, Lina doğulduqdan sonra 13 gün intensiv terapiyada qalıb və “sağlamdır” deyərək evə buraxılıb. Lakin aylar sonra uşağın hərəkətlərində problemlər ortaya çıxıb və müayinələr nəticəsində beyin zədəsi aşkar olunaraq serebral iflic diaqnozu qoyulub.
Bahalı fizioterapiya seansları səbəbilə çətinlik çəkən ailə, müalicənin evdə davamı üçün atanın hazırladığı bu sadə qurğudan istifadə edir. Sadık Yalçınkaya təxminən 500–600 lirəyə hazırladığı cihazla qızının addım atmasına kömək etdiyini deyib.
Ailə eyni zamanda doğum prosesində məlumatlandırılmadıqları və mümkün tibbi səhlənkarlıq iddiası ilə xəstəxanaya qarşı məhkəmə prosesi də başladıb. İş hazırda İstanbul Anadolu 8-ci İstehlak Məhkəməsində davam edir.