Axı dövlətimiz korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparır. İcra başçıları nazir müavinləri, başqa vəzifəli şəxslər qanunu pozduqlarına, səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə şirin röyalarından ayılırlar. Bir də baxırlar ki, dəmir barmaqlıqlar arxasındadırlar...
“Məmur həbslərinin çox ciddi əhəmiyyəti olacaq” - Keçmiş polis rəisi
Banuçiçək Kalbalıyeva
11:45 18.05.2020
Cəmiyyət
811
“Yəqin ki, digərləri də dərs çıxaracaq, düz yola qayıdacaqlar”
DTX-ın həbsləri davam edir. Ölkəni Bağdad, özlərini kor xəlifə hesab edənlər qapının qəfil döyülməsi ilə yuxudan ayılır və Azərbaycan hökumətinin siyasəti ilə tanış olurlar.
Axı dövlətimiz korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparır. İcra başçıları nazir müavinləri, başqa vəzifəli şəxslər qanunu pozduqlarına, səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə şirin röyalarından ayılırlar. Bir də baxırlar ki, dəmir barmaqlıqlar arxasındadırlar...
Keçmiş polis rəisi Mahmud Hacıyev “Sherg.az”a münasibət bildirərkən deyib ki, korrupsiyanı tamamilə dayandırmaq çox çətindir:
“Bu, absurd məsələdir. Nə qədər ki, cəmiyyət və insan var, cinayət də olacaq. Çünki insanların düşüncəsi, xarakterləri eyni deyil. Ola da bilməz Bu mənada belə neqativ halların qarşısının tamamilə alınmasına inanmıram. Amma həbslərin çox ciddi əhəmiyyəti olacaq. Yəqin ki, digərləri də dərs çıxaracaq, düz yola qayıdacaqlar. Şəxsən mən keçmiş əməliyyat-istintaq işçisi, hüquqşünas kimi DTX-ın bu əməliyyatlarını çox yüksək qiymətləndirir və peşəkarlığa görə general-leytenant Əli Nağıyevə təşəkkürümü bildirirəm”.
M.Hacıyevin sözlərinə görə, sözügedən məmurlar çox ciddi formada məsuliyyətə cəlb olunmalıdırlar:
“Bütün bunlar qanunverciliyin Cinayət Məcəlləsi ilə tənzimlənir. Lap digər amilləri nəzərə almasaq belə, ortada vəzifə cinayəti var”.
Sabiq polis rəisinin sözlərinə görə, korrupsionerlər hər yerdə var: “Təhsil, səhiyyə, icra struklarında və digər sistemlərin əksəriyyətində bu “xəstəlik” hökm sürür. Vəzifəyə təyin edilən adamın ilk işi işçiləri istismar etmək olur. Elə bil, bunun üçün nəyəsə and içiblər. Bu, psixoloji amildir, nəfs məsələsidir. Pul gözlərini elə tutub ki, başqa heç nə düşünmürlər-nə zəhmət, nə vicdan, nə qanun...Müəllimlərin maaş kartlarını mənimsəyən musiqi məktəbinin direktoru bu günlərdə tutuldu. Belələri çoxdur. Onlar “kart oğrusu”durlar. İnanıram ki, bu əməliyyatlardan sonra oğruların sayı kəskin şəkildə azalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət