Məmurlardan xoş niyyət gözləməyə dəyməz
Yusif Nəzərli
07:59 30.10.2021
Cəmiyyət
409
Qanunla şəhidlərin bacı-qardaşlarına da imtiyazlar şamil olunmalıdır
Dünən Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa ata-anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib. O, açıqlamasında bir sıra ciddi nüanslara toxunub: “Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı-qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır".
Mövzu ilə bağlı jurnalist Asəf Quliyev "Şərq"ə açıqlamasında millət vəkili Fazil Mustafanın təklifini sözsüz ki, müsbət dəyərləndirdiyini deyib. A.Quliyev qeyd edib ki, ümumiyyətlə, şəhidlərin bizə əmanət qoyduğu doğmalarına münasibətləri tənzimləyən qanunlarda çoxlu belə boşluqlar var:
"Hamı yeri gəldi-gəlmədi ailə dəyərlərindən danışır. Azərbaycan ailə dəyərlərindən biri də imkanı olan qardaşın yerdə qalanlara dəstək olması, onların qayğısını çəkməsidir. Üstəlik valideynlər olmayanda bu qayğı və bu dəstək valideyni əvəz etmək səviyyəsində olur. Ətrafımızda neçə-neçə belə nümunələrə rast gələ bilərik. Vətən uğrunda şəhid olan qardaşlarımızın da içərisində ailə başçısı vəzifəsini öz üzərinə götürmüş onlarla, yüzlərlə insan var. Buna görə də, şəhid olmuş hərbi qulluqçunun valideyni yoxdursa, onun özündən sonra bacı və qardaşı qalıbsa, bu imtiyaz mütləq onlara şamil edilməlidir. Ümumiyyətlə, şəhidlərin bizə əmanət qoyduğu doğmalarına münasibətləri tənzimləyən qanunlarda çoxlu belə boşluqlar var".
A.Quliyev əlavə edib ki, bu boşluqlara mütləq yenidən baxılmalı və qanunvericilik mükəmməlləşdirilməlidir: "Necə ki, şəhidlərimizin əməli və niyyəti mükəmməl idi, onların bizə qoyub getdiyi əmanətə də münasibət mükəmməl olmalıdır. Bu mükəmməllik isə ancaq, qanunvericiliklə tənzimlənməlidir. Bu əmanətləri hansısa məmurun xoş niyyəti və rəhmdilliyi ümidinə qoymaq olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya