Mərc oyunlarının qurbanları çoxalıb
Yusif Nəzərli
06:32 14.03.2023
Cəmiyyət
735
Asan pul əldə etmək hərisliyi olan hər kəs özündən sonra dostunu, qohumunu, qonşusunu bu bataqlığa çəkir
“İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir, bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir”
“Son zamanlar qanunsuz mərc oyunlarının qurbanları çoxalıb. Bu qurbanlar internet platformalarında olan reklamlara aldanırlar və daha sonra müəyyən məbləğdə pul qoyub mərc oyunları oynayırlar. Piramida xarakterli "biznes oyunlarına" qoşulan hər bir kəs təkcə zərərçəkən tərəf deyil, həm də özündən sonra qoşulanlar üçün zərərverən tərəfdir. Fərqi yoxdur ki, bu, bilərək və ya bilməyərək olur”. Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
İqtisadçının sözlərinə görə, reallıq budur ki, asan pul əldə etmək hərisliyi olan hər kəs özündən sonra dostunu, qohumunu, qonşusunu bu bataqlığa çəkir: “Aldanmamaq üçün bir şeyi bilmək lazımdır: Qoyduğunuz hər 100 manat bir il ərzində sizə 12 manatdan artıq əlavə pul qazandıracağını deyirlərsə, artıq bundan şübhələnmək lazımdır. 20 manatdan artıq əlavə pul qazandıracağını desələr qorxmaq, 30 manat qazandıracaq desələr, həmin adamdan qaçmaq lazımdır. Biznes oyunları” əksər hallarda vətəndaşların xeyli və ya külli miqdarda pul itirməsinə, aldanılmasına səbəb olur. Çünki bu oyunların sonu yoxdur. Oyunların idarə mərkəzi əksər hallarda xarici ölkələrdə olur. Ona görə də həmin oyunların və piramidaların əsas təşkilatçılarını məsuliyyətə cəlb etmək mümkün olmur”.
Hüquqşünas Esmira Rzayeva isə deyib ki, bir qrup şəxs məqsədli şəkildə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. Halbuki ölkəmizdə onlayn və ya oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir:
“Burada konkret cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır . Lakin internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir. Həmin platformanı işlədənlər daimi olaraq domenlərini dəyişirlər. Çünki qanunsuz olduğuna görə domenləri dövlət tərəfindən bloklanır. Məsələn, istifadəçilər hesaba 200 manat pul qoyub, 400 manat qazanandan sonra platforma təhlükəsizlik səbəbindən həmin hesabları bloklayır. Heç bir məlumat vermədən onların vəsaitini mənimsəyir. Azərbaycanda bu platformalar qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün olmur. Belə hallarda onlara kömək etmək mümkün deyil. Bu tipli platformalar nəinki istifadəçilərə şanslar yaradır, əksinə, onların pullarını oğurlayır. İstifadəçiləri daha çox "bet" vasitəsilə kazinoya çəkirlər. Ümid edirəm ki, qısa zamanda qanunsuz mərc platformalarının reklamı tez bir zamanda dayandırılacaq. Onu da deyim ki, son vaxtlar sosial şəbəkələrdə gedən qeyri-qanuni mərc platformalarına qoyulan pulların geri qayıtmaması ilə bağlı çox şikayətlər olur. Ona görə də bu cür oyunları oynamaq məsləhət deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət