
Müəllimlərin sayı azalacaq, maaşları yüksələcək - AÇIQLAMA
Yusif Nəzərli
03:02 11.02.2025
Cəmiyyət
564
Nazirin bu baxışı qısa müddətdə iqtisadi cəhətdən qənaətbəxş görünsə də, uzunmüddətli perspektivdə bir sıra problemlərə səbəb ola bilər
"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq". Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib. Nazirin sözlərinə görə, əgər bu islahatlar həyata keçirilməsə, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək: “Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20 faizə qədər artacaq".
Nazirin fikirlərini şərh edən ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, təhsil sistemində müəllimlərin sayını azaltmaq, dərs saatlarını artırmaq və bununla maaşları yüksəltmək istiqamətində aparılan islahatlar uğurlu ola bilməz. Ekspertin sözlərinə görə, müəllimlərin sayının azalması təhsil sistemində struktur dəyişikliyi deməkdir:

“Əgər bu, şagirdlərin sayının azalması ilə paralel şəkildə həyata keçirilirsə, müəyyən məntiqli əsaslandırma ola bilər. Son illərdə Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi nəticəsində birinci sinfə gedən şagirdlərin sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2015-ci ildən bəri təhsilalanların sayı tədricən azalma tendensiyası göstərir. Əgər bu proses davam edərsə, gələcəkdə məktəblərdə müəllim ehtiyacı da azala bilər. Bu baxımdan müəllimlərin sayının optimallaşdırılması müəyyən qədər əsaslı görünə bilər. Digər tərəfdən, müəllimlərin sayının azalması onların iş yükünün artması ilə paralel aparıldıqda, bu, pedaqoji fəaliyyətin keyfiyyətinə ciddi təsir göstərə bilər. Beynəlxalq təcrübəyə nəzər yetirsək, inkişaf etmiş ölkələrdə müəllimlərin dərs yükünün optimal səviyyədə saxlanmasına xüsusi diqqət yetirilir. Məsələn, Finlandiya, Sinqapur və Estoniyada müəllimlər həftədə orta hesabla 15-20 saat dərs keçir və qalan vaxtlarını dərs hazırlığına, metodiki işlərə və şagirdlərlə fərdi işləməyə sərf edirlər. Əgər Azərbaycanda müəllimlərin dərs yükü artırılaraq onların həftəlik 30-35 saat dərs keçməsi tələb olunarsa, bu, həm onların iş keyfiyyətini aşağı sala bilər, həm də psixoloji və fiziki tükənməyə səbəb ola bilər. Müəllimin effektivliyi təkcə onun keçdiyi dərs saatlarının çoxluğu ilə ölçülmür, eyni zamanda onun dərsə hazırlıq səviyyəsi, şagirdlərlə fərdi iş aparmaq imkanı və tədris prosesinə yanaşması da vacib faktorlardır”.
K.Əsədov həmçinin əlavə edib ki, müəllimlərin sayının azalması məktəblərdə kadr çatışmazlığı probleminə yol aça bilər:
“Hazırda regionlarda və bəzi fənlər üzrə müəllim tapmaqda çətinliklər var. Məsələn, riyaziyyat, fizika və informatika fənləri üzrə müəllim çatışmazlığı artıq indidən müşahidə edilir. Əgər müəllimlərin sayı azaldılarsa və yeni kadrların işə cəlb edilməsi məhdudlaşdırılarsa, gələcəkdə müəyyən fənlər üzrə ciddi müəllim çatışmazlığı yarana bilər. Bu isə şagirdlərin təhsil keyfiyyətinə birbaşa mənfi təsir edəcək. Müəllimlərin maaşlarının artırılması, əlbəttə ki, müsbət addımdır. Azərbaycanda müəllimlərin maaşı son illərdə artırılsa da, hələ də beynəlxalq səviyyə ilə müqayisədə kifayət qədər yüksək deyil. Müəllim peşəsinin cəlbediciliyini artırmaq üçün yalnız dərs yükünü artırmaq yolu ilə maaş artımına getmək kifayət deyil. Əgər həqiqətən təhsil sistemində uğurlu islahat aparmaq istəyiriksə, maaş artımı ilə yanaşı, müəllimlərin peşəkar inkişafı üçün daha çox investisiya qoyulmalı, onların iş şəraiti yaxşılaşdırılmalı və metodiki dəstək gücləndirilməlidir”.
Təhsil ekspertinin dediyinə görə, müəllimlərin sayını azaltmaq və dərs yükünü artırmaqla maaş artımına nail olmaq qısa müddətdə iqtisadi cəhətdən qənaətbəxş görünsə də, uzunmüddətli perspektivdə bir sıra problemlərə səbəb ola bilər. Əgər bu islahatlar düzgün aparılmazsa, müəllimlərin tükənməsi, iş keyfiyyətinin aşağı düşməsi və gələcəkdə kadr çatışmazlığı kimi problemlər qaçılmaz olacaq. Daha optimal yanaşma müəllimlərin sayını avtomatik azaltmaq deyil, iş yükünü balanslaşdıraraq, onların inkişafına investisiya qoymaq və təhsildə keyfiyyəti artırmağa fokuslanmaq olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya