Narkotiklərin qanunsuz ticarəti ilə məşğul olmaqda şübhəli bilinənlər saxlanılıb
07:39 22.01.2023
Cəmiyyət
413
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sherg.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən, M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya