Neftçilərə yeni mənzillər verilib
09:50 20.09.2020
Cəmiyyət
653
Neftçilər Günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki İlqar Mirzəyev küçəsi 3 ünvanında inşa edilən 1 girişli 16 mərtəbəli və mansarddan, eləcə də ikimərtəbəli zirzəmidən ibarət olan yeni yaşayış binası istifadəyə verilib.
SOCAR-dan bildirilib ki, 96 mənzilin olduğu binada ümumilikdə, 16 üçotaqlı, 64 ikiotaqlı və 16 birotaqlı mənzil var. Binanın ümumi sahəsi 8263,20 kvadratmetr, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi isə 734,2 kvadratmetrdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, qaz plitələri, dəhliz mebeli və çilçıraqla təmin olunub, həyətdə istirahət guşəsi yaradılıb, ətraf ərazi abadlaşdırılıb.
Mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Dünyada baş verən qlobal pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyev neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkətimiz üçün əsas prioritetlərdəndir. Biz, bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.
R.Abdullayev binadakı mənzillərin şəraiti ilə tanış olub. Sonra burada mənzil alan neftçilərə order və açarlar təqdim edilib.
2018-ci ilin aprelindən tikintisinə başlanılmış binanın sifarişçisi “Neftçi” MTK, layihəçisi “Kəpəz” YİF, podratçısı isə “Bakıyaşayıştikinti” MMC-dir.
Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni yaşayış binalarının tikilməsi məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Yaxın zamanlarda Bibiheybət ərazisində yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm