Neftin qiymətinə sevinənlər: Və ya şikəst doğulanların acı sonu - REPLİKA
13:00 16.06.2020
Cəmiyyət
737
Mili Şuranın əcaib “zoomkonfrans”ları davam edir. Amma bu “konfranslar” necə deyərlər, üzə çıxdıqca hər dəfə radikal müxalifətin tam fiaskosu uğradığına əmin olursan. Hər dəfə özlərini biabır, bu xalqa necə yad olduqlarını sübut edirlər. Bu “videokonfranslar” “Milli Şura” adlı dərnəyin və bu dərnəkdəkilərin cılız hissələrlə yaşadığını, küçə jarqonları ilə danışdığını, ədəb-ərkan normalarını pozduqlarını da ortaya qoyur. Əslində “Milli Şura” yaranan gündən naqis doğulmuşdu. Çünki Azərbaycan əleyhinə fəaliyyət göstərən oliqarxların bir araya gəldiyi “Milyarderlər İttiqafı”nın sifarişi ilə yaradılmışdı.
Hər bir “videokonfrans”da Milli Şuradakılar özlərini ifşa edirlər. Ona görə də tez-tez bu dərnəkdən istefalar baş verir. Sosial bazası çox daralmış, etimadı itirmiş, cılız populist iddialarla çıxış edən, mənəvi dəyərlərə sayğısız yanaşan insanların bir araya gəldiyi dərnək olan “Milli Şura” bu “videokonfrans”larla özünün labüd sonluğuna çatır. Şikəst doğulmuş “Milli Şura” artıq iflic durumundadır.
Milli Şuranın son “videotoplantı”sında baş verənlər isə onların anti-milli simasını tam çılpaqlığı ilə nümayiş etdirdi. Onlar bir daha sübut etdilər ki, ancaq Azərbaycanın, xalqının pisliyini istəyirlər. Bir daha göründü ki, bunların hədəfi hakimiyyət deyil, Azərbaycan dövləti və xalqıdır. Təsəvvür edin, Azərbaycan neftinin qiymətinin düşməsinə sevinəcək qədər alçalırlar.
Yayılan son görüntülərdə nələr baş verdiyinə diqqət edək. Demək, iclasda Azərbaycan neftinin dünya bazarlarında qiymətinin enməsinə sonsuz sevinc ifadə olunur. Diqqət:
Gültəkin Hacıbəyli:
- A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik edirəm yeri gəlmişkən, neft 14 dollara düşüb.
Və xanım Hacıbəyli qəşş eləyib özündən gedir. Bundan sonra qeybət Şurası mənasız sent müzakirələri aparırlar. Və nəyi müzakirə etdiklərini özləri də bilmirlər. Yəni, qoca qarıların darvaza söhbəti
Az sonra Gültəkin Hacıbəyli iclasa qoşulan Cəmil Həsənlini də muştuluqlayır:
- Cəmil müəllim, şəxsən mən də bu gün sizdən təbrik qəbul edə bilərəm, neftin 14 dollara düşməyi münasibətilə. Ad günüm olmasa da.
Cəmil Həsənli:
- Həəə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı, amma son hədd deyil də...
Ardınca gülüş qəhqəhələri...
Görün, bu adamlar nəyə sevinirlər? Buna ancaq Azərbaycanın düşməni sevinər, ermənilər sevinər, özgə heç kim. Neft ölkə iqtisadiyyatının, onun inkişafının bir nömrəli faktorudur. Bu adamların təfəkkürü nə qədər korlanıb ki, neftin qiymətinin düşməsini sevinclə, qəhqəhəylə qarşılayırlar. Adamlar anlamırlar ki, neftin qiymətinin düşməsi təmsil olunduqları xalqa problem yarada bilər. Bunamı sevinirsiniz? Hə, buna sevinirlər. Azərbaycan xalqının mənafeyinə qarşı kiçik bir neqativ hal bunların üzünü güldürür. Mahiyyətləri belədir. Anti-milli ünsür başqa necə olur ki?
Səbuhi Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm