İstanbulun Silivri, Çatalca və Arnavutköy rayonlarında müşahidə olunan iri çəyirtkələr sosial şəbəkələrdə narahatlıq yaradıb.
Sherg.az xəbər verir ki, İstanbul Universiteti-Cerrahpaşa Ali Peşə Məktəbinin müəllimi Ergun Bacaq bu həşəratların əsasən “ağüzlü kol çəyirtkəsi” növünə aid olduğunu bildirib.
Onun sözlərinə görə, uzunluğu 5-6 santimetrə çatan bu çəyirtkələr insanlara və kənd təsərrüfatına ciddi təhlükə yaratmır. Mütəxəssis qeyd edib ki, onların evlərə daxil olmasının səbəbi qida axtarışı deyil, gecələr süni işığa cəlb olunmalarıdır.
Ergun Bacaq vətəndaşlara çəyirtkələri çılpaq əllə tutmamağı tövsiyə edərək bildirib ki, yanlış tutulduqda özünü müdafiə məqsədilə dişləyə bilər. O əlavə edib ki, müşahidə olunan artım müvəqqətidir və bir neçə həftə ərzində azalacaq.