“Nərdivançı” şagirdlərə yol hərəkəti qaydaları öyrədəcəksə, lap yaxşı
Yusif Nəzərli
03:32 13.05.2023
Cəmiyyət
1730
Ancaq məktəblərin yerləşdiyi ərazilərdə yol nişanları və xəbərdarlıq nişanlarının olması mütləqdir
“Nərdivançı” sosial müəllim layihəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib. Bu barədə "Nərdivançı" layihəsinin feysbuk səhifəsində məlumat verilir. Qeyd olunur ki, müsabiqənin məqsədi şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır:
“Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır”. Müsabiqəyə ölkədə fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində çalışan müəllimlər öz şagird komandası ilə qoşula bilər. Müsabiqəyə təqdim olunan işlərin qəbulu 5 may 2023-cü il tarixindən 5 iyun 2023-cü il tarixinə kimi davam edəcək. Qeyd olunan şərtləri ödəyən videoçarxlar "Nərdivançı" layihəsinin feysbuk səhifəsində paylaşılacaq. Paylaşılan videoçarxlar içərisindən münsiflər heyəti tərəfindən ilk üç videoçarx seçilərək qalib komandalar müəyyənləşdiriləcək. O da qeyd olunur ki, müsabiqə Avtosfer.az saytının informasiya dəstəyi ilə keçirilir. Müsabiqənin şərtləri barədə də feysbuk səhifəsində ətraflı məlumat verilir.
Müsabiqənin yol hərəkəti qaydalarının öyrənilməsində şagirdlərə kömək olacağını deyən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, bu, çox vacib bir işdir:
- Məktəblilərin xəsarət aldığı qəzalar baş verir, bəzən şagirdlərin yol qəzalarında həyatlarını faciəli şəkildə itirdiklərinin də, təəssüf ki, şahidi oluruq. Bir neçə gün əvvəl 334 saylı orta məktəbin yaxınlığında 7 yaşlı uşağı avtomobil vurmuşdu. Belə hadisələr olmasın, faciələr yaşanmasın, yol qəzalarında uşaqlarımız xəsarət almasın deyə, hamının, o cümlədən də uşaqların yol hərəkəti qaydalarını bilmələri vacibdir. Bu baxımdan düşünürəm ki, “Nərdivançı” layihəsi çərçivəsində şagirdlərə yol hərəkəti qaydaları öyrədiləcəksə, çox yaxşıdır, hədəfi bəlli olan müsabiqədir. Qeyd olunur ki, müsabiqəyə yol hərəkəti qaydaları haqqında video-çarxlar təqdim olunmalıdır. Ekspert kimi tövsiyə edə bilərəm ki, video-çarxların müddəti qısa olsa yaxşıdır. Qısa izahatlar, qısa süjetlər, səhnələşdirilmiş epizodlar uşaqların diqqətini daha çox cəlb edir. Video-çarxlar məktəblilərin yol hərəkəti qaydaları haqqında maariflənmələrinə xidmət etməlidir. Qısa videolar daha çox yaddaqalan olur. Yaxşı olar ki, video-çarxların çəkilişində uşaqlar iştirak etsin. Həmyaşıdını görmək, hərəkətlərini izləmək uşaqlara müsbət təsir edir. Uşaq bu qaydaların məhz onun üçün və onun təhlükəsizliyi üçün, onu qorumaq üçün hazırlandığını bilməlidir.
İ.Hüseynli qeyd etdi ki, yol hərəkəti qaydalarını uşaqlara öyrətməklə iş bitimiş hesab edilməməlidir:
- Həm orta məktəblərin yerləşdiyi ərazilərdə, həm də məktəblərə yaxın, məktəb binasının yoluyla kəsişən istiqamətlərdə yol nişanları və xəbərdarlıq nişanlarının olması mütləqdir. Daha yaxşı olar ki, məktəb binaları yolun hərəkət hissəsindən kənarda yerləşsin. Belədə uşaqların həyatı daha az təhlükəli olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm