
“Nərmin işi”nin qırılma nöqtəsi: “İstintaqın İlkinlə bağlı qənaəti alt-üst oldu”
Yusif Nəzərli
17:32 16.02.2023
Cəmiyyət
860
"Məhkəmədə ekspertiza dindirildi. Seyfulla İsgəndərov ekpsert idi. İstintaqın İlkinin üzərində gəldiyi qənaət alt-üst oldu. Səhiyyə Nazirliyinin verdiyi rəylərdə isə İlkinin əleyhinə heç nə yazılmayıb. İlkindən alınan ifadə ilə rəylər üst-üstə düşmür, tamamilə tərs idi".
Bunu "Sherg.az"a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyib.
A.Süleymanov İlkinin həbsindən az sonra o dövrdəki Baş prokuror Zakir Qaralovun Ombudsman Səbinə Əliyevaya məktubundan danışıb. Onun sözlərinə görə, ekspert rəyi 2020-ci il yanvarın 27-də hazır olduğu və fevralın 21-də prokurorluğa göndərildiyi halda, Zakir Qaralov yanvarın 22-də artıq həmin rəyə istinad edib. Söhbət Süleymanovların həyətindən divar və daşın üstündən qan ləkəsinin aşkarlanması və həmin qanın ikinci qrup olmasından gedir:
"Məlum olur ki, İlkingilin evindən tapılan beş yerdə qanabənzər ləkənin dördünün ikinci qan qrupu olduğu göstərilməyib. Səhiyyə Nazirliyinin ədalətli qərar verdiyi aydın görünür, verilən rəylər İlkinin xeyrinədir.
İlkingilin evindən götürülən 400 qramlıq sirkə qabının içərisində dizel olub. Üzərindən 100-150 qram əskik idi. Prokurorluq qənaətə gəlib ki, bir litr dizellə yandırılıb. Bu da göstərir ki, iddiaların heç bir əsası yoxdur.
Ekspertlər 5 dəqiqə 40 saniyəyə meyiti yandırıb kömürləşmiş hala salmağın mümkünsüz olduğunu dedilər. Meyitdə çürümə əlamətləri olduğu söylənilir. Sual verildi, meyitin iki sutka əvvəl öldürüldüyü deyilirsə, çürümə əlamətləri üçün hansı temperatur lazımdır? Deyildi ki, otaq temperaturu lazımdır. Əgər otaqda temperatur sıfırın altında olubsa, meyit iki-üç sutkaya çürüyə bilməz. Prokurorluğun ittihamı saxtadır".

A.Süleymanov deyir ki, digər tərəfdən meyitin başına zərbə dəydiyi, sonra "kraskalı" parça dolandığı vurğulanır:
"Qanı kəsmək üçün istifadə edildiyi bildirilir. Evin sobası "kraska"dır deyə, eynilik olduğunu düşünüblər. Amma ekspertlər meyitin saçında boyaya rast gəlməyiblər. Sadəcə dırnağında boya görüblər. Əgər parça var idisə, tüklərində də boya olmalı idi.
Ekspertiza aparmaq üçün qoyun yandırıblar. Lakin iki dəfə yandırıblar. S.İsgəndərov deyib ki, qoyunun yerə toxunan hissəsi yanmayıb. Meyitin arxası isə yanmışdı. Buna tam aydınlıq gətirə bilmədilər. Guya qoyun meyitin tapıldığı yerdə yandırılıb, elə deyil, başqa kənddə yandırılıb.
İlkinin cinayət törətməsinə dair əsaslı sübut yoxdur. Tibbi ekspertizada saxtalıq görməmişik. Zorla alınan ifadə ekspet rəyləri ilə üst-üstə düşmür. Gələn həftənin birinci günü məhkəmə olacaq.
İlkinin özünün də ekspertizaya kifayət qədər sualı var. İnşallah ədalətli qərarın verilməsini gözləyirik".
Qeyd edək ki, növbəti məhkəmə iclası fevralın 22-nə təyin olunub və ekspert Seyfulla İsgəndərovun ifadəsi davam edəcək. Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual