Niyamla Aslanın SON DANIŞIĞI:"İkimiz də ağladıq, sonra…"
Yusif Sultanoğlu
10:33 05.05.2021
Cəmiyyət
580
Sənət dünyası qəfil acı xəbərlə dərindən sarsılıb. Müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında dünyasını dəyişib. Bu ölüm hadisəsi onun yaxınlarını, sənət dostlarını üzüb. Şou əhli sosial şəbəkələrdə kədərlərini dilə gətiriblər.
“Sherg.az” xəbər verir ki, müğənni Roza Zərgərli mərhumla videosunu paylaşaraq bunları yazıb:
“ “Ölüm qaşla göz arasındadır” deyirlər. İndi eşitdiyim bu xəbərə çox pis oldum. Dostum Aslan, Allah sənə rəhmət eləsin”.
Afət Fərmanqızı acısını belə dilə gətirib:
“ Çox heyif... Necə gözəl insan idi. Dostlar, dünya fanidir, gəlin, vaxtında bir-birimizə dəyər verək. Allah Aslan bəyə rəhmət eləsin. Moskvada konsertlərini yarımçıq qoyub anasının yasına gəldi. Kaş gəlməzdin”.
Rüfət Axundov deyib ki, itirə-itirə gedirik:
“ Hər saniyənin bir hökmü var. Yaxınlarınızın sağ ikən qədrini bilin”.
Nazənin Salayeva daha bir sənət dostunu itirdiyini söyləyərək bunları qeyd edib:
“ Çox vəfasız dünyada yaşayırıq. İtirə-itirə gedirik. Allah rəhmət eləsin, nur içində yatsın”.
Niyam Salami isə İnstaqram səhifəsində bu sözləri yazıb:
“Mənimlə gecə danışmısan. Həm ağladıq, həm də səni güldürdüm ki, fikrini dağıdım. Çünki ana ağrısını mən də çəkirəm. İndi yoldayam. Kaş sənin qəbir üstünə yox, övladlarının xeyir işinə gələrdim. Allah günahlarımızı bağışlasın”.
Xatırladaq ki, mərhumun bir həftə öncə anası vəfat edib. O anasının yas mərasimindən qayıdarkən səhərə yaxın saat 5 radələrində Qaradağ rayonunda qəzaya düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm