“Nədənsə hamı normadan kənara çıxmağa meyillidir. Çünki qanun işləmir. Əgər qanun işləsə belə olmaz. Günah təmizlikçilərdə yox, onlara nəzarət edən şəxslərdədir”.
Niyə özümüz-özümüzü xəstəliyə sürükləyirik?
Banuçiçək Kalbalıyeva
07:02 05.03.2020
Cəmiyyət
672
"Müsəlmanlar təmizlik işlərində nümunə olmalıdırlar"
Virusun, müxtəlif epidemiyaların sürətlə yayıldığı bir vaxtda insanların sağlamlıqlarının qorunması baxımından əsas tələblərdən biri də gigiyenik normalara əməl olunmasıdır. Ancaq əfsuslar olsun ki, müxtəlif ictimai yerlərdə görülənlər heç də arzuolunan deyil. Məsələn, əməkdaşlarımızın "Abşeron Gənclər Şəhərciyi"ndə müşahidə etdikləri də buna misaldır. Xadimələr, təmizlik işçiləri günün günorta çağında pilləkənləri, sürahiləri təmizləyən zaman toz-duman ətrafı bürüyür. Necə deyərlər, göz-gözü görmür. Ən azından təmizlənən yerlərə su çiləyib, toz yatırmaq olar axı. Mövcud məsələ ilə bağlı ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli ilə danışdıq.
O, “Sherg.az”a açıqlamasında bildirdi ki, buna səbəb səlahiyyətli şəxslərin qanuna əməl etməmələridir:
“Nədənsə hamı normadan kənara çıxmağa meyillidir. Çünki qanun işləmir. Əgər qanun işləsə belə olmaz. Günah təmizlikçilərdə yox, onlara nəzarət edən şəxslərdədir”.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, müsəlmanlar təmizlik işlərində nümunə olmalıdırlar:
“Belə bir kəlam var ki, təmizlik imandan gəlir. Doğrudan da, belədir. Təmizlik, gigiyena normal həyat tərzi üçün ən vacib məsələlərdən biridir. Fəqət müsəlmanlar təmizliyə əməl etməməkdə Avropa ölkələrini keçiblər. Hərçənd ki, əksinə olmalıdır. Müqəddəs kitabda da buyurulub ki, təmizliyə əməl etmək lazımdır. İndi müsəlmanları pis tanıyırlar, deyirlər, müsəlmanlar düzəlmirlər. Özümüz buna şərait yaratmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region