O gün uzaqda deyil ! - “Ordumuz Qarabağı işğaldan azad edəcək!”
Turan
08:49 07.09.2020
Cəmiyyət
811
Xəbər verildiyi kimi, Tovuzun Ağdam kəndi yenidən Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Düşmən bu dəfə də kəndi iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə ziyan dəyib. Sakinlər arasında isə xəsarət alan olmayıb. Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində erməni hərbi qulluqçularının növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Növbəti dəfə uğursuzluğa düçar olan təxribatçı düşmən yerinə otuzduruldu. Ordumuz ermənilərin növbəti məkrli oyununu iflasa uğratmaqla, başlarında çatlatdı. Maraqlıdır ki, bunu həzm edə bilməyən Ermənistan baş naziri Nikol Paşinyanın növbəti uydurması nə olacaq?
YAP-ın gənc fəalı, Səbail rayon Badamdar qəsəbəsinin Bələdiyyə üzvü Fariz Quliyev “Sherg.az”a bildirib ki, Ermənistan hakimiyyətinin son zamanlarda davamlı olaraq istər daxili və xarici siyasətində, istərsə də Qarabağ məsələsində yürütdüyü siyasətdə məğlubiyyətə uğraması Nikolun “boğazında qalıb” və onu həzm edə bilmir.
Siyasi şərhçi vurğulayıb ki, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində günü-gündən güclənən qüdrətli Azərbaycan ordusunun kölgəsindən qorxan Paşinyan tamamilə başını itirib:
“Paşinyan hələ də kimin tərəfində olduğunu anlaya bilmir. Üzdə özünü Rusiyanın “dostu” aparsa da, reallıqda belə olmadığı bütün dünyaya məlumdur. Moskva da bunu yaxşı bilir, lakin görməzdən gəlir. Nikol Avropaya meyilli olsa da, Avropa onu qəbul etmir. Onun yürütdüyü siyasət, xalqla münasibəti və diktator yönümlü fəaliyyəti Avropa standartlarına uyğun gəlmədiyindən dəstək olmaqdan boyun qaçırırlar.
Avropa və ya Rusiya yaxşı bilir ki, erməni baş nazirin ipinin üzərinə odun yığmaq olmaz. Əgər Ermənistan işğalçılıq siyasətinə son verərsə, üzləşdiyi ən ciddi problemləri qısa zamanda həll etmiş olacaq. Ölkədə normal həyatı bərpa etmək istiqamətində real addımlar ata biləcək. Əks təqdirdə Azərbaycan ordusunun gücünü yaxın zamanda görəcək”.
F.Quliyev bəyan edib ki, Ermənistan daxilində ciddi siyasi və sosial-iqtisadi böhran yaşanır:
“Ermənistanda əhalinin hakimiyyətə etimadı artıq itib. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Lakin Azərbaycana nəzər saldıqda bunun tamamilə aksini görürük. Azərbaycan daxilində siyasi və sosial-iqtisadi böhran yaşanmır. Əhalinin hakimiyyətə etimadı günü-gündən artır.
Cənab Prezident tərəfindən koronavirusla mübarizə sahəsində ən qabaqcıl addımlar atılıb. İnsan hüquq və azadlıqları tapdalanmır! Ordumuza nəzər saldıqda isə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının dinamik inkişafı ordu quruculuğu sahəsində də özünü göstərməyə başladı.
Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı”.
Gənc politoloq bildirib ki, Azərbaycan Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır:
“C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstəriblər.
Hər bir Azərbaycan vətəndaşı da dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil. Əgər Ermənistan ordusu öz xoşu ilə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməzsə yaxın zamanda Azərbaycan Ordusu Qarabağı işğaldan azad edəcək! Bu isə Ermənistan üçün ağır nəticələnəcək və minlərlə itkilər verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol